Karantin qaydalarından sui-istifadə edərək əcnəbiləri aldadan şəxs həbs olunub
Karantin rejimində xüsusi imtiyazların əldə edilməsi adı ilə vətəndaşlara məxsus pul vəsaitlərini ələ keçirmiş şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.
Baş Prokurorluqdan məlumata görə, Nurlan Əsgərzadənin qanunsuz əməlləri ilə əlaqədar daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Nurlan Əsgərzadənin ölkə ərazisində karantin rejiminin tətbiqi ilə əlaqədar müəyyən edilmiş qaydalardan sui-istifadə edilməsi yolu ilə xarici ölkə vətəndaşlarının və ya vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisinə daxil olmalarına guya Nazirlər Kabineti yanında Operativ Qərargahdan icazə verilməsini təmin etmək adı ilə aldatmaqla ayrı-ayrı şəxslərdən ümumilikdə 4 min manat pul vəsaitini təkrarən dələduzluq yolu ilə ələ keçirməsinə və həmin hərəkətləri ilə vətəndaşları vəzifəli şəxsə rüşvət verməyə təkrarən təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.
Nurlan Əsgərzadəyə Cinayət Məcəlləsinin 29, 178.2.2 (təkrarən dələduzluğa cəhd etmə), 178.2.2 (dələduzluq- təkrar törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət verməyə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri
Müştərilərin xəbərləri
"Prime Cotton" şirkəti GOTS sertifikatını əldə edərək Azərbaycan pambıq sektorunda yeni mərhələ açır
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 gün sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
PAŞA Holding-in təşkilatçılığı ilə “LEGIS Hüquq Forum”u uğurla başa çatıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda bank müştəri hesablarının sayı 17%-ə yaxın artıb
-
9 saat əvvəl
Dövlət Vergi Xidməti proqnozdan 50 milyon manat daha çox vergi yığıb
-
9 saat əvvəl
Azərbaycanda restoranda robot-ofisiant xidmət göstərməyə başlayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
“Volvo” səhmlərində tarixinin ən sərt satışları baş verib
Almaniyadan “Amazon”a 59 milyon avro cərimə
Avropa Mərkəzi Bankı faizlərini dəyişdirmədi
Ən çox oxunanlar
Azərbaycanda bank müştəri hesablarının sayı 17%-ə yaxın artıb
Dövlət Vergi Xidməti proqnozdan 50 milyon manat daha çox vergi yığıb
Azərbaycanda restoranda robot-ofisiant xidmət göstərməyə başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Prime Cotton" şirkəti GOTS sertifikatını əldə edərək Azərbaycan pambıq sektorunda yeni mərhələ açır
Soyuq hava qlobal istiləşməni təkzib etmir























