Dollar yenidən 14 lirəni aşdı
Dünən Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) 2,5 milyard dollarlıq valyuta satışı ilə aşağı salınan dollar/TL məzənnəsi, bu səhər yenidən 14 səviyyəsini aşıb.
Marja xəbər verir ki, TCMB-in yüksələn inflyasiyaya baxmayaraq faiz endirimlərinə davam edəcəyi gözləntisilə, dünən 14,99-a qədər yüksələn, ancaq TCMB-nin təxminən 2,5 milyard dollarlıq valyuta satışı ilə axşam saatlarında 13,63-ə qədər geriləyən dolar/TL məzənnəsi bu səhər yüksəlib.
Günə 13,80 səviyyələrindən başlayan dollar/TL məzənnəsi 3%-sən çox artımla 14,29 səviyyəsini görüb.
Bazarlarda bu həftə TCMB daxil 20-yə yaxın mərkəzi bankın qəbul edəcəyi pul siyasəti qərarları izləniləcək.
Omicron variantının iqtisadiyyatlara ola biləcək təsirləri və ABŞ Mərkəzi Bankının (Fed) sabah sona çatacaq yığıncağında pul siyasətini sərtləşdirməyə qərar verəcəyi ehtimalı qlobal bazarlarda risk iştahını azaldıb.
Fed-in, yüksək inflyasiya ilə mübarizə etmək üçün aylıq 120 milyard dollar məbləğində istiqraz alışı reallaşdırdığı proqramını dayandırmaq təqvimini önə çəkəcəyi gözlənilir. Bu qərarın, Fed-in faiz artırmasına da qapı açması gözlənilir.
Avropa Mərkəzi Bankı (ECB), İngiltərə Mərkəzi Bankı (BOE) və Yaponiya Mərkəzi Bankı (BOJ) da bu həftə iclas keçirəcəklər.
TCMB, inflyasiyanın yüksəlməsinə səbəb olan ünsürlərin müvəqqəti olduğu qənaətilə son üç ayda 4 bənd faiz endirimi edib və əsas faiz dərəcəsini 19%-dən 15%-ə salıb. TCMB-nin 16 dekabrda keçirəcəyi yığıncağında da faizini 1 bənd endirməsi igözlənilir.
Türkiyədə dollara tələbin ciddi artdığı bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 saat əvvəl
-
6 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
15 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)
.jpg)




.jpg)





