"Faiz artırmamaq mövzusunda qəti qərarlıyıq" -Türkiyəinin Maliyyə naziri
Türkiyəinin Xəzinə və Maliyyə naziri Nureddin Nebati, faiz artırmamaq mövzusunda qərarlı olduqlarını vurğulayıb.
Marja.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, faiz endirimlərinin davam edib etməyəcəyinə dair suala, "Onu bilmirəm, amma artırmamaq mövzusunda qəti qərarlıyıq. Allahın köməyilə, bu işi həll edəcəyik" deyib.
Nebati Mərkəzi Bankın valyuta bazarına müdaxilələrinin yeni iqtisadi modelə uyğun olub olmadığı barədə suala "Təbii… Çünki xaricdən hər hansı bir hücum yoxdur! Çox dəqiq olaraq söyləyirəm. Daxildə bir neçə manipulyasiya, spekulyativ əməliyyatlar var. Mərkəzi Bankı da onların bu hücumlarına qarşı hücum edir" cavabını verib.
Nebati "Bizim modelimiz Çin Modeli, Cənubi Koreya modeli filan deyil. Bu, Türkiyə modelidir. Türkiyə çox güclü bir ölkə" ifadələrini istifadə edib.
Qeyd edək ki, bu gün Dollar/TL məzənnəsi rekord yeniləyərik 14,75 səviyyəsini görüb.
Türk Lirəsinin ucuzlaşmasının əsas səbəbi Türkiyə Mərkəzi Bankının sentyabr ayından başlayaraq əsas faiz dərəcəsini endirməkdə davam etməsidir. Bankın 16 Dekabr 2021-ci il tarixində keçiriləcək yığıncağında da faizini aşağı salacağı gözlənilir.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) bu həftə cümə axşamı günü siyasət faizini müəyyən etmək üçün toplanacaq (hazırda TCMB-nin faizi 15% səviyyəsindədir). Unicredit bu yığıncaqda TCMB-nin 1 bənd bir faiz endirimi edəcəyini və gələn ilin əvvəlində isə faizini 12%-ə qədər endirəcəyini düşünür.
Barclays isə TCMB-nin bu həftəki yığıncaqda 2 bənd bir faiz endirimi etməsini və Yanvar ayında da 1 bənd bir endirim qərarı qəbul edəcəyini gözləyir.
Dekabr ayındakı yığıncaqda TCMB-nin 1 bənd endirim etməsini gözləyən Deutsche Bank, sonrakı üç pul siyasəti yığıncağında isə aqressiv bir faiz endirimi gözləmədiklərini, əksinə Bankın faiz artıracağını nəzərdə tutduğunu bildirib. Bank, TCMB-nin dollarlaşma, zəif Türk lirəsi və artan inflyasiya ilə əlaqədar olaraq 2022-ci ilin ilk rübündə faizini 25%-ə yüksəltmək məcburiyyətində qala biləcəyini gözləyir.
Türkiyə Mərkəzi Bankı ötən günlərdə valyuta ehtiyatlarından satış edərək valyuta bazarına müdaxilə etmişdir. Müdaxilələrə baxmayaraq Türk Lirəsinin dəyərdən düşməsi davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)






