Gəncə şəhərində sənayenin vəziyyəti açıqlanıb
2021-ci il yanvar-sentyabr aylarında Gəncə şəhərində sənayenin vəziyyəti açıqlanıb.
Gəncə Şəhər Statistika İdarəsindən Marja-ya verilən məlumata görə, 2021-ci ilin yanvar-sentyabr aylarında Gəncə şəhərinin sənaye müəssisələri və fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 363,5 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Sənayedə muzdla çalışan 6224 nəfər işçinin hər birinə verilən orta aylıq əmək haqqı 529,6 manat təşkil etmişdir. Dövlət sənaye müəssisələrində işçilərin orta aylıq əmək haqqı 499,4 manat, qeyri-dövlət sektorunda 568.2 manat təşkil etmişdir.
Emal sektorunun müəssisələri tərəfindən 336,6 milyon manatlıq (306,0 milyon manat qeyri-dövlət sektoru tərəfindən) məhsul istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Bundan 92,8 milyon manat qida məhsulları istehsalı, 11,2 milyon manat içki, 179,3 milyon manat metallurgiya sənayesi məhsulları, 29,9 milyon manat avtomobil, qoşqu və yarımqoşquların istehsalı və 23,4 milyon manat digər məhsulların istehsalı təşkil etmişdir. Cari ilin yanvar-sentyabr ayları ərzində 472,5 ton makaron, 131,9 min dekalitr araq, 118,7 min dekalitr şərab, 510 ədəd traktor, 24 ədəd MAZ yük avtomobili, 15271,4 ton emal edilməmiş alüminium ərintiləri (ilkin şəkildə) 1 ədəd sair qoşqular və 14111 ədəd elektron, 160394 ədəd mexaniki su sayğacları istehsal edilmişdir.
Elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunun müəssisələri tərəfindən 2021-ci il yanvar-sentyabr ayları ərzində 14,9 milyon manatlıq, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 11,9 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycanın 2 şirkəti ilk dəfə banan yetişdirir
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti
















.jpg)






