Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Tələbə kreditinin geri qaytarılması zamanı verilən möhlətin şərtləri açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tələbə kreditinin geri qaytarılması zamanı verilən möhlətin şərtləri açıqlanıb

Təhsil Nazirliyi təhsil tələbə kreditlərinin (TTK) geri qaytarılması zamanı verilən möhlətin şərtlərini açıqlayıb.

Təhsil nazirinin müavini İdris İsayev TTK-nin verilməsi ilə bağlı keçirilən brifinqdə kreditlərin qaytarılması zamanı möhlət veriləcəyinin mümkün olduğunu deyib.

Reklam_3_11

Onun sözlərinə görə, TTK dövründə aşağıdakı hallar baş verərsə, kreditin qaytarılmasına möhlət verilir və kredit müqaviləsinin müddəti həmin müddətə qədər uzadılır:

- Yuxarı təhsil səviyyəsində əyani təhsil

- həqiqi hərbi xidmət,

- məhkumluq (4 ildən çox olmayaraq azadlıqdan məhrum etmə və ya azadlığın məhdudlşadırılması),

- işləyən borcalanın münasibətdə hamiləliyə doğuma görə və uşağın 3 yaşı tamam olana qədər ona qulluq etməkdən ötrü ödənişli sosial məzuniyyətdə olduğu müddət və sağlamlıq imkanı məhdud 18 yaşadək uşaqlara və birinci dərəcəli əlilliyi olan şəxslərə qulluğu olan müddəti

Nazir müavini bildirib ki, möhlət müddətində tələbənin əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olması faktı aşkarlanarsa möhlət müddəti bu fəaliyyətə başlama tarixindən ləğv ediləcək.

Telegramda Marja.az səhifəsinə abunə olun

Reprot

25.11.2021 13:01

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ