Brüsseldə Uber-in taksi proqramı bağlanacaq
Brüsseldə ali məhkəmə, ağıllı telefon proqramı ilə taksi xidməti təqdim edən Uber-in fəaliyyətinin dayandırılmasına hökm edib.Belçika mətbuatına görə, Brüssel Apelyasiya məhkəməsi, 2015-ci ildə Uber əleyhinə çıxarılan aşağı məhkəmənin qərarını təsdiqləyib.
Marja xəbər verir ki, məhkəmə, telefon proqramı ilə taksi xidməti təqdim edən Uber-in Brüsseldəki fəaliyyətinin dayandırılmasına qərar verib. Sürücülər proqramı istifadə edərək işləyə bilməyəcəklər.
Proqramdan 26 Noyabr cümə axşamından etibarən istifadə etmək mümkün olmayacaq.
Uber-in Brüsseldə təxminən 2 min lisenziyalı sürücüsü var.
Uberin Belçika üzrə nümayəndəsi Laurent Slits lisenziyalı sürücülərin gəlir əldə edə bilməyəcəyini və bundan dərin narahat olduqlarını bildirib. O, məhkəmə qərarının köhnə qaydalara əsasən qəbul edildiyini, hökumətin 7 ildir qaydaları yeniləmədiyini qeyd edib.
ABŞ şirkəti Uber, Brüsseldə 2014-cü ildə fəaliyyətə başlamış və o dövrdə lisenziyası olmayan xüsusi avtomobil sahibləri ilə çalışırdı. Brüssel Məhkəməsi 2015-də Uber-in taksi xidməti göstərmək üçün lazım olan şərtləri yerinə yetirmədiyinə və qeyri-qanuni olduğuna hökm etmişdi.
Qərarın ardından Uber, Brüsseldə lisenziyası olan sürücülərlə işləməyə başlamışdı.
Uber, daha münasib qiymətlə nəqliyyat imkanı təmin edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
7 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
13 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş



























