Əmək qabiliyyətini itirdi, “PAŞA Həyat” onun ipoteka borcunu ödədi
İlin əvvəlindən verilən ödənişlərin həcmi 230 min manatı ötüb...
Azərbaycanın ən iri həyat sığortaçısı olan “PAŞA Həyat Sığorta” şirkəti “kredit götürən şəxslərin həyat sığortası” növü üzrə növbəti iri həcmli sığorta ödənişinin məbləğini açıqlayıb.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən "Marja"ya verilən məlumata görə, ölkədə fəaliyyət göstərən kommersiya banklarının birindən ipoteka krediti götürmüş şəxsin səhhətində yaranmış xəstəlik onun əmək qabiliyyətini itirməsi ilə nəticələnib.
Şirkətlə sığorta olunan şəxs arasında bağlanmış sığorta müqaviləsinin müvafiq bəndinə əsasən, müştərinin 26 944 manat banka olan qalıq kredit borcu “PAŞA Həyat” tərəfindən ödənilib.
Qeyd edək ki, “PAŞA Həyat” tərəfindən cari ilin əvvəlindən indiyədək ipoteka krediti ilə bağlı 11 sığorta hadisəsinə görə ümumilikdə 230 162 manat həcmində sığorta ödənişi verilib.
“PAŞA Həyat” 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Cari ilin may ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 milyon manat təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 d. əvvəl
-
18 d. əvvəl
Tamstore Ağdaşda ilk mağazasını açdı – Açılışa özəl 100 məhsulda 50% endirim
- 18 d. əvvəl
-
29 d. əvvəl
Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları cüzi artıb
-
31 d. əvvəl
Tbilisidə Asiya İnkişaf Bankının 57-ci illik toplantısı başlayıb
-
43 d. əvvəl
Şərqi Zəngəzurda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti gəlir və xərclərini açıqladı
- 47 d. əvvəl
- 54 d. əvvəl
-
58 d. əvvəl
Venesuela prezidenti minimum əmək haqqını 130 dollara qaldırıb
-
1 saat əvvəl
Moskva birjasında hərracların açılışında dolların məzənnəsi yüksəlib
- 1 saat əvvəl
- 1 saat əvvəl