SOCAR istiqrazları üzrə 3 tərəfli marketmeyker müqaviləsi bağlanıldı
Bakı Fond Birjası ilə “PSG Kapital İnvestisiya Şirkəti” QSC və "Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti” (SOCAR) arasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istiqrazları üzrə 3 tərəfli marketmeyker müqaviləsi bağlanıldı1 noyabr 2021-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tədavül müddəti 5 (beş) təqvim ili olan AZ2002019894 dövlət qeydiyyat nömrəli, 100 milyon ABŞ dolları həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.
2 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istiqrazları BFB-nin ticarət platforması vasitəsilə təkrar bazarına start verilmişdir.
Bakı Fond Birjasının yaydığı məlumatda bildirilir ki, 16 noyabr 2021-ci il tarixindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istiqrazlarının anderrayteri olmuş “PSG Kapital İnvestisiya Şirkəti” QSC həm də istiqrazların təkrar bazarda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən təyin olunmuş marketmeykeri olmaqla, onların BFB-də təkrar bazarda likvidliyini təmin edir.
Qeyd edilib ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti birja üzvü olan “PSG Kapital İnvestisiya Şirkəti” QSC vasitəsi ilə istiqrazlar üzrə təkrar bazarda gündəlik olaraq alış və satış öhdəliyi götürmüşdür. İnvestorlar tərəfindən təkrar bazarda satışa çıxarılan istiqrazlar tam həcmdə BFB-nin ticarət reqlamentinə uyğun olaraq birja üzvünün təqdim etdiyi kotirovkalar vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən təmin olunacaqdır.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 15 saat sonra
-
- 33 d. əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb




















