Ən yuxarı (mobil)-2_30

Nazir: Azərbaycanın valyuta ehtiyatları ilin sonuna dövlət borcunu 6 dəfədən çox üstələyəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazir: Azərbaycanın valyuta ehtiyatları ilin sonuna dövlət borcunu 6 dəfədən çox üstələyəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatlarının dövlət borcunu 6 dəfədən çox üstələyəcəyi gözlənilir.

Bunu Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (IBF) çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, bu ilin sonuna valyuta ehtiyatları gözlənilən ÜDM-in 108%-ini təşkil edəcək.

Xatırladaq ki, 2021-ci il 1 iyul tarixinə Azərbaycan ümumi dövlət borcu 17,352 mlrd. manat və ya ÜDM-in 21,6%-ni təşkil edib. Xarici dövlət borcu isə 8,603 mlrd. ABŞ dolları (14,626 mlrd. manat) və ya ÜDM-in 18,2%-nə bərabər olub.

2021-ci ilin ilk doqquz ayı ərzində dövlət borcunun xidmət xərclərinə 1 513,5 mln. manat yönəlib.

"Azərbaycan iqtisadiyyatına 300 mlrd dollar pul qoyulub"

Mikayıl Cabbarov, "1995-ci ildən bu il iyulun 1-nə qədər Azərbaycan iqtisadiyyatına 300 milyard ABŞ dolları investisiya qoyulub", - bildirib

Onun sözlərinə görə, bunun yarısı xarici sərmayələrdir: "O cümlədən ölkənin sənaye zonalarına qoyulması nəzərdə tutulan 6,7 milyard dollar investisiyanın 6,3 milyard dolları artıq yatırılıb".

Telegramda Marja.az səhifəsinə abunə olun

APA, Report

15.11.2021 10:57
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18