“Naxçıvanbank”ın rəhbərliyi dəyişdirilib
Ölkənin yeganə regional bankı olan “Naxçıvanbank” ASC-nin Müşahidə Şurası (MŞ) və İdarə Heyəti (İH) üzrə yeni təyinatlar olub.
Bankdan Marja-ya verilən məlumata əsasən, bugünədək Müşahidə Şurasının sədri vəzifəsini icra edən Vasif Kazımov vəzifəsindən azad edilərək həmin vəzifə üzrə Əsədulla İsgəndərov təyin olunub.
Bununla yanaşı, şuranın üzvləri Əlidadaş Babayev və Xuraman Mircavadova vəzifəsindən azad edilib, Baharxanım Talıbova və Rifat Mahmudov şuranın yeni üzvləri olaraq təyin ediliblər.
Məlumata görə, “Naxçıvanbank”ın İdarə Heyətinin tərkibi struktur olaraq dəyişdirilib. Belə ki, Azər Məmmədov bankın İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. İdarə Heyətinin sədri vəzifəsi hazırda bankın İdarə Heyəti sədrinin 1-ci müavini İsa İsayev tərəfindən icra olunur.
Həmçinin, bankda İdarə Heyəti üzrə 2 yeni müavin təyin olunub. Bunlar eyni zamanda bankın Baş İnformasiya İnzibatçısı Murad Həsənli və Baş Risk İnzibatçısı Rafiq Xəlilovdur. İdarə Heyətinin digər üzvü isə hazırda bankın Baş Maliyyə İnzibatçısı olan Nahidə Əliyevadır.
Xatırladaq ki, 2008-ci il 11 sentyabr tarixindən fəaliyyətə başlayan “Naxçıvanbank” ASC hazırda ölkənin yeganə regional bankıdır. Bankın cari ilin ilk 3 rübü üzrə mənfəəti 6 milyon 884 min manat, aktivlərinin ümumi məbləği 308 milyon 905 min manat, nizamnamə kapitalı isə 82 milyon 43 min manatdır. “Naxçıvanbank”ın səhmdarları adları açıqlanmayan 4 fiziki şəxsdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
44 d. əvvəl
Tramp İranın ali lideri ilə “razılaşma əldə etmək üçün” görüşə biləcəyini deyib
-
-
1 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 saat əvvəl
-
1 saat əvvəl
“PAYONİX BOKT” 2025-ci ildə böyüyüb, gəlirləri artıb - MALİYYƏ VƏZİYYƏTİ
-
1 saat əvvəl
“PAŞA Bank” 2025-ci ili 178 milyon manatdan xalis mənfəətlə başa vurub
-
2 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
- 3 saat əvvəl
-
17 saat əvvəl
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
- 17 saat əvvəl
-
18 saat əvvəl
Azerconnect Group süni intellekt əsaslı şəbəkə alyansına üzv olub
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 9 GÜN
Ən çox oxunanlar
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azerconnect Group süni intellekt əsaslı şəbəkə alyansına üzv olub
Naxçıvan şəhərində yeni tikiş fabriki fəaliyyətə başlayıb
"SpaceX" IPO üçün səhm qiymətini 135 dollar müəyyənləşdirib — şirkətin dəyəri 1,77 trilyon dollar qiymətləndirilir
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir



















.jpg)




