İqlim böhranı: Neft nəhəngi məhkəməyə verildi
ABŞ-ın Massaçusets ştatı nəhəng neft şirkəti ExxonMobil-i istehlakçıların hüquqlarını pozması ilə əlaqədar məhkəməyə verib. Marja.az xəbər verir ki, Massaçusets ştatı məhkəmədə qalib gələrsə, dünyada ilk dəfə mineral yanacaq sənayesində bir şirkət məhsullarının ətraf mühitə təsiri barədə ictimaiyyəti çaşdırmaqda təqsirli bilinəcək.
Amerikan neft və təbii qaz nəhəngi ExxonMobil, qlobal istiləşməyə neft qədər təsir etməyən -yosundan yanacaq istehsalına kimi- alternativ enerji resurslarına yönəlməkdə qərarlı olduğunu bildirir. Şirkət iddia edir ki, “bu resurs bir gün təyyarələri və gəmiləri hərəkətə gətirib, yanacaq tankerlərini dolduracaq, bununla da karbon emissiyalarını yarıya endirəcək”.
Reklamlarından birində belə deyir: "Üzərində çalışdığımız hər texnologiya karbon emissiyasını azaltmağa istiqamətlidir. Çünki iqlim dəyişikliyi söz mövzusu olduğunda, bizim addımlarımız fərq yaradır".
Bu iddialar hər kəsi razı salmır. İllərdir böyük şirkətlərin səhv məlumatlandırma taktikalarını araşdıran Harvard Universitetindən Professor Naomi Oreskes, "Bir əsassızlıq var" deyir və əlavə edir: "Biznes modelləri hələ neft və təbii qaz çıxarmağa, işləməyə və satmağa əsaslanır. Lakin reklamları onları bərpaolunan enerjiyə keçməkdə qərarlı olan möcüzə insanlar kimi göstərilir".
ExxonMobili tənqid edənlərin "yaşılla yuma" (greenwashing) adını verdiyi üslub budur: Olduğundan daha "yaşıl" görünmək. Buna görə şirkət insanları aldatmaqda ittiham olunur. Exxon və digər neft şirkətləri bu gün ABŞ-ın dörd yanında məhkəməyə veriliblər.
DÖVLƏT ETİRAZ EDİR
ABŞ-ın Massaçusets ştatı 2019-cu ildə ExxonMobil-i istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə məhkəməyə verib və şirkətin neft və benzin məhsullarının vurduğu ziyana görə istehlakçı və investorları aldatmağa davam etdiyini iddia edir. Exxon isə iddiaları şiddətlə rədd edir. Şirkət ilkin olaraq işin Massaçusets məhkəmələrinin səlahiyyətlərinə aid olmadığını deyir. O, daha əvvəldən bunun qarşısını almağa çalışsa da, uğursuz olub. ExxonMobil, həmçinin reklamlarında istifadə etdiyi mesajların birbaşa Massaçusets sakinlərinə yönəlmədiyini bildirir.
NEFT NƏHƏNGLƏRİ MƏHKƏMƏDƏ
ABŞ-ın 21 əyalət hökuməti, o cümlədən Chevron, ExxonMobil, BP və Shell-i nəhəng neft şirkətlərini onilliklər ərzində iqlim dəyişikliyinin təsirləri haqqında ictimaiyyəti çaşdırmaq ittihamı ilə məhkəməyə verib. Şirkətlər isə bu iddiaları rədd edirlər.Əslində hazırda dünyanın digər yerlərində də mineral yanacaq şirkətlərinə qarşı oxşar iddialar açılır.
MASSAÇUSETSİN MÖVQEYİ
Massaçusets ştatının baş prokuroru Maura Healey 2019-cu ildə ExxonMobil-ə qarşı iddia qaldırarkən, "Biz şirkətin aldadıcı hərəkətlərini dayandırmasını istəyirik. Təbii ki, cəza da önəmlidir, lakin əsas tələbimiz şirkətin yalan danışmamasıdır”, - deyə bildirmişdir. Bu məhkəmə prosesinin yekunlaşması illərlə çəkə bilər. Amma bu, indiyədək neft nəhənginə qarşı hər hansı məhkəmə prosesində ən çox irəliləyiş əldə olunan bir prosesdir. Massaçusets ştatı məhkəmədə qalib gələrsə, qarşı tərəfin milyardlarla dollar təzminat ödəməsi ehtimalı var.
EXXONMOBİL NƏ DEYİR?
ExxonMobil belə məhkəmələrin hələ ki iqlim dəyişikliyinin təhlükələrinin azaldılmasında əsaslı nəticələrinin olmadığını bildirir və ona qarşı qaldırılan iddianın əsassız olduğunu qeyd edir. O, həmçinin ştatın baş prokuroru Maura Healey-i Exxon-un söz azadlığı hüququnu pozmağa cəhd etmək və şirkətə öz ideologiyasını tətbiq etmək üçün hüquqi yollara baş vurmaqda ittiham edib. Exxon həmçinin, son 20 ildə “daha az karbon emissiyası ilə enerji həlləri” kimi tədqiqatlara 10 milyard dollardan çox sərmayə qoyub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
10 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
10 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
10 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb








.jpg)













