"Çinin dövlət şirkəti Alibaba-nın qəzetini alır"
Mövzuya yaxın mənbələr, Çinin bir dövlət şirkətinin, e-ticarət nəhəngi Alibaba-dan Honq Konqun nüfuzlu qəzeti "South China Morning Post"u satın almağı qiymətləndirdiyini bildirib.
Marja xəbər verir ki, adının açıqlanmasını istəməyən mənbələr, dövlət şirkəti "Bauhinia Culture Holdings"in Honq Konqda İngiliscə dərc olunan qəzeti almaq istədiyi məlumatını veriblər.
Alibaba, bəzi media şirkətlərini satması üçün Pekin hökumətinin təzyiqi altındadır. "Bauhinia"ya satışın hökumətin narahatlıqlarını bir qədər azalda biləcəyi qeyd edilir.
Mənbələr, danışıqların davam etdiyini, digər dövlətə aid şirkətlərin də təklif təqdim edə biləcəyini deyiblər.
Qəzetin adından danışan bir nəfər satış iddialarının doğru olmadığını ifadə edərək, Alibaba-nın qəzetlə əlaqədar hədəf və missiyalarına bağlı olduğunu dilə gətirib.
Alibaba 2015-ci ildə "South China Morning Post"u 265 milyon dollara satın almışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
9 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
15 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
21 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
























