OPEC+ hasilat siyasətində təmkinli olmasının səbəblərini açıqlayıb
ABŞ-ın tələb etdiyi kimi neft hasilatının daha sürətlə artırılması məsələsinə baxılmadı. OPEC+ hasilat siyasətindəki təmkinli olmasını yeni neft profisiti (artıqlığı) riski ilə izah edib.Cümə axşamı günü keçirilən iclasda OPEC+ (OPEK plus) sazişinə daxil olan ölkələr idxalçıların (neft alan ölkələrin), ilk növbədə ABŞ-ın neft hasilatını sürətləndirmək çağırışlarına baxmayaraq, ayda 400 min bareldən çox olmayan neft hasilatını bərpa etmək planına sadiq qaldılar. Neft idxal edən ölkələr hesab edirlər ki, hazırda bazar təklif qıtlığı vəziyyətindədir, bu səbəbdən qiymətləır çox yüksəlib və yüksək qiymətlər qlobal iqtisadi bərpaya əngəl olur.
Marja.az-ın məlumatına görə, Rusiya və Səudiyyə Ərəbistanının ortaq mövqeyi ondan ibarətdir ki, indiki şəraitdə - tələbin bir qədər azalması və qiymətlərin düşə biləcəyi səbəblərinə görə neft hasilatını daha çox artırmaq mümkün deyil.
OPEC+ ölkələri arasında noyabr danışıqları cümə axşamı (4 noyabrda) bir neçə saat ərzində ən nadir yekdilliklə başa çatıb. İclasda heç bir sürpriz olmadı. ABŞ-ın tələb etdiyi kimi neft hasilatının daha sürətlə artırılması məsələsinə baxılmadı.
Nazirlərin jurnalistlərlə videokonfrans vasitəsilə ünsiyyəti dünya neft hasilatının az qala 40%-ni təşkil edən neft ixracatçılarının siyasətinin təmkinli olmasının səbəblərinə aydınlıq gətirib.
OPEC+ siyasətlərinin tənqidi son həftələrdə neftin qiymətinin qalxması ilə (ötən həftə bir barel üçün 86 dollara çatmışdı) daha da güclənib. ABŞ prezidenti Co Bayden yanacağın qiymətinin qalxmasına “Rusiya və OPEC-in daha çox neft hasil etməkdən imtina etməsi” səbəb olduğunu bildirib. OPEC ölkələrinin hasil etdiyi neftin ən böyük alıcısı olan Hindistan OPEC+ ölkələrində neft hasilatının bərpa tempindən dəfələrlə narazılığını bildirib.
Bununla belə, neftin qiymətinin bir barel üçün 80 dollardan yuxarı qalxması bazarın əlavə həcmləri udmaq potensialını göstərmir, OPEC+ nazirləri buna qarşı çıxıblar. Əksinə, “bazarda neftin qiymətinin aşağı düşməsində rol oynaya biləcək bir sıra qeyri-müəyyənliklər var”, - Rusiya baş nazirinin müavini Aleksandr Novak “Rossiya-24” telekanalına müsahibəsində bildirib.
"Bazar qış mövsümünə ənənəvi olaraq aşağı tələbatla daxil olur, alternativ növlər də neft istehlakına mənfi təsir göstərir. Avropa ittifaqı ölkələrində neft istehlakının tempi oktyabr ayından aşağı düşməyə başlayıb və neft bazarı gələn ilin əvvəlində profisitə qayıda bilər. Bu, həm birinci, həm də ikinci rübdə bazarın yenidən balanslaşmasına gedə biləcəyinə gətirib çıxaracaq", - Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suheil əl Mazrui bildirib.
“Bütün müsbət və mənfi cəhətlərə əsaslanaraq, 400 min barel artırımı nəzərdə tutan bu strategiyanın hətta aşağı tələbat dövründə belə düzgün olacağına inanırıq”, - deyə Novak bildirib.
Onu Səudiyyə Ərəbistanının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman da dəstəkləyib və o, ABŞ-la neft bazarındakı hərəkətlərə dair danışıqların “bütün səviyyələrdə baş verdiyini” təsdiqləyib: "Lakin biz inanırıq ki, etdiyimiz hər şey ümumi fayda üçün düzgün və zəruridir".
HƏMÇİNİN OXU: Ağ Ev "OPEC+"ı neft hasilatını artırmağa çağırır, lakin ABŞ şirkətlərinə təsir etmək niyyətində deyil
"Enerji qiymətlərinin artmasının səbəbi heç də OPEC+ siyasəti deyil", - Abdel Əziz bin Salman davam edib. Onun sözlərinə görə, enerji daşıyıcılarının qiymətlərində müşahidə olunan artım yalnız qismən istehlakın artması ilə izah olunur, böhranın əsl səbəbləri uzun illər əvvəl qoyulmuş “infrastruktur problemləri”ndədir.
OPEC+ nazirlərinin növbəti görüşü dekabrın 2-nə planlaşdırılıb. Nazirlər, yanvarda neft hasilatının sutkada 400 min barel artırılması ilə bağlı, eyni planı müzakirə edəcək. Səudiyyəli nazir xatırladıb ki, noyabrdan fevral ayına kimi alyans ölkələri əlavə olaraq bazara “orta hesabla 1 milyon barel/gün neft” qaytaracaqlar ki, bu da tələbatı tam ödəyəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
10 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
10 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
10 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb









.jpg)













