OPEC+ təzyiqlərə baxmayaraq neft istehsalının artırıması sürətini dəyişdirmədi
OPEC + (OPEC plus) ölkələri nazirlərinin bu gün baş tutmuş 22-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin avqust-dekabr aylarında hər ay 400 min barrel artırılması üzrə nazirlərin iyul iclasında qəbul edilmiş qərarın qüvvədə qalmasına dair razılıq əldə edilib.ABŞ Prezidenti Co Baydeninin (Joe Biden) neft istehsalının daha çox artırılması tələbinə baxmayaraq, OPEC+ kartelinə üzv olan ölkələrin nazirləri neft hailatının artırılmasını planlaşdırıldığı kimi gündəlik 400 min bareldə saxladı. Avqust ayından bəri OPEC+ neft hasilatını ayda 400 min barel artırır.
Marja xəbər verir ki, OPEC+ nazirlərinin bugün keçirilən iclasında azaldılmış hasilatın dekabrda da 400 min barel bərpa edilməsi təsdiqlənib.
Avqust, sentyabr, oktyabr və noyabrda da istehsal gündəlik 400 min barel artırılmışdı.
OPEC+ ölkələrinin neft hasilatını cəmi azaltmaları oktyabr ayında gündəlik 4,559 milyon barel olub, noyabrda 4,159 milyon barel təşkil edəcək. Dekabrda hasilatın azaldılması isə 3,759 milyin barel olacaq.
Böyük istehlakçılar (neft idxal edən ölkələr), bu miqdarın (azaldılmış hasilatın 400 min barel bərpa edilməsinin) Covid pandemiyasından sonra iqtisadi bərpa dövrü üçün çox az olduğu fikirindədir. ABŞ Prezidenti Joe Biden artan neft qiymətlərinin düşməsi üçün OPEC-in istehsalı artırmasını tələb etmişdi. Əks halda OPEC+a qarşı cavab tədbirləri görüləcəyi bildirilmişdi.
Qərardan sonra ABŞ-ın neft qiymətlərini aşağı salmaq üçün "təcili vəziyyət üçün neft anbarlarındakı ehtiyatlarını" istifadə edə biləcəyi ehtimal edilir.
Yüksək enerji qiymətlərilə mübarizə edən qlobal iqtisadiyyat üçün gələcək həftələrdə Joe Bidenin atacağı addımlar əhəmiyyətli olacaq. Veriləcək qərar eyni zamanda ABŞ-ın Orta Şərqdəki ən böyük müttəfiqi olan Səudiyyə Ərəbistanı ilə əlaqəsini də zədələyə bilər.
OPEC+ son bir neçə aydır Nigeriya və Angola kimi bəzi üzv ölkələrdəki çətinliklər səbəbilə istehsal hədəflərinə çata bilməyib.
Noyabr toplantısı 2020-ci ilin may ayından etibarən keçirilən aylıq OPEC+ toplantılarından yalnız biridir. Hər dəfə nazirlər neft bazarındakı vəziyyətə əsasən növbəti qısa müddət üçün hasilatın həcmini razılaşdırırlar. Neft tədarükünün həcminin tənzimlənməsi bazara dərin böhrandan çıxmağa və neftin qiymətini rekord səviyyədən üç ilin maksimum səviyyəsinə qaldırmağa imkan verib.
Avqust ayından etibarən OPEC+ ölkələri 2022-ci ilin sentyabrına qədər iki il ərzində azaldılan bütün hasilat həcmini bazara qaytarmaq üçün hasilatı ayda 400 min barel artırmağa davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
10 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
10 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
10 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb









.jpg)













