Səhmlər üzrə ən çox əməliyyat “İnvestAZ”a tapşırılır
2021-ci ilin yanvar-oktyabr ayları üzrə Bakı Fond Birjasında ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyəsi hesabatına görə, “İnvestAZ İnvestisiya Şirkəti” QSC səhm bazarında həyata keçirdiyi əməliyyatların cəmi məbləğinə görə 10 investisiya şirkəti arasında 1-ci yeri tutub.
Marja.az Bakı Fond Birjasınn hesabatına istinadən xəbər verir ki, 2021-ci ilin 10 ayında səhm bazarında 38 milyon 938 min 978 manatlıq cəmi dövriyyə (ticarət) qeydə alınıb. Ticarətin 39,3%-i və ya 15 milyon 298 min 264 manatı “İnvestAZ” vasitəsilə baş tutub.
Təkcə Oktyabr ayında “İnvestAZ İnvestisiya Şirkəti” səhm bazarında 1 milyon 430 min 97 manatlıq əməliyyatları icra edib.
“İnvestAZ” korporativ istiqrazlar bazarında isə 200 milyon 599 min 854 manat dövriyyə ilə investisiya şirkətləri arasında 2-ci yerdədir.
Eyni zamanda, “İnvestAZ” 2588 əməliyyat sayı ilə, ən çox sayda əməliyyatlar həyata keçirmiş 3 investisiya şirkətindən biridir.
2021-ci ilin 10 ayı ərzində “İnvestAZ”ın cəmi əməliyyatlarının həcmi 361 milyon 478 min manat təşkil edib.
“İnvestAZ” Azərbaycanın müxtəlif sektorlarında fəaliyyət göstərən şirkət və səhmdar cəmiyyətlərin səhmlərinə, istiqrazlarına yatırım imkanları təqdim edir. Şirkət anderraytinq, vasitəçilik və məsləhətçilik xidmətləri də göstərir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 9 saat sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb






















