"2030-cu ilə qədər neft-qaz layihələrinə investisiyaların kəsiri 600 milyard dollara çata bilər"
Neft-qaz şirkətlərinin layihələrə investisiyalarının yığılmış kəsiri 600 milyard dollara qədər arta bilər.
Marja xəbər verir ki, bu barədə XIV Avrasiya İqtisadi Forumu çərçivəsində keçirilən “İqtisadiyyatda struktur dəyişiklikləri və enerjinin gələcəyi” adlı sessiyada “Rosneft”in rəhbəri İqor Seçin bildirib.
Onun sözlərinə görə, xeyli sayda neft-qaz şirkətləri uzunmüddətli tələb və neft qiymətləri ilə bağlı qeyri-müəyyənlik şəraitində layihələrə investisiyaları artırmağı planlaşdırmır. Seçin bildirib ki, 2021-ci ildə investisiyalar 2014-cü ildəkinin yarısı qədər olacaq.
“Layihələrin həyata keçirilməsində mövcud tendensiyalara əsasən, 2021-2025-ci illərdə neftə olan tələbatın ödənilməsi üçün zəruri olan investisiyaların yığılmış kəsiri 135 milyard dollara çata bilər. Əgər investisiyalar hazırkı səviyyədə qalsa, 2030-cu ilə qədər onların yığılmış kəsiri 600 milyard dollara çatacaq”- deyib.
"Rosneft" rəhbərinin sözlərinə görə, iqlim gündəmi artıq bütün enerji sektoruna mənfi təsir göstərir. Xüsusilə, ötən il neft-qaz şirkətlərinin geoloji kəşfiyyata yatırdıqları investisiyaların həcmi 3 dəfə azalaraq 5 milyard dollar təşkil etdiyi halda, 2011-2015-ci illərdə bu rəqəm orta hesabla ildə 16 milyard dollar təşkil etmişdi.
Seçin əlavə edib ki, geoloji-kəşfiyyat işlərinin kifayət qədər maliyyələşdirilməməsi səbəbindən dünyadakı anbarlarda neft və qaz ehtiyatlarının doldurulma səviyyəsi artıq dördüncü ildir aşağı düşür. Artıq tədarük çatışmazlığı riskləri qiymətlərə təsir göstərir.
Eyni zamanda, neft və qaz layihələrinə investisiya qoymaqdan imtinanın tərəfdarları bazar balansının pozulması risklərini görmürlər. “Bu il açıq şəkildə göstərdi ki, iqlim siyasəti sahəsində yanlış qərarlar bütün dünya iqtisadiyyatı və cəmiyyəti üçün ciddi mənfi nəticələrə səbəb ola bilər. Bunun fonunda neft və qaza investisiyaların dayandırılması tələbləri daha çox səslənir. İnsanda belə bir təəssürat yaranır ki, bəzi hallarda mineral yanacaqlardan sürətlə uzaqlaşmanın tərəfdarları bazarlarda qaçılmaz disbalans risklərinə məhəl qoymurlar", -deyə Rosneft rəhbəri vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
9 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
15 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
21 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş


























