Microsoft, Alphabet və Twitter gəlirlərinin artdığını açıqladı
ABŞ-ın texnologiya şirkətləri gəlirlərini artırıbABŞ-ın texnologiya şirkətlərindən Microsoft, Google-un ana şirkəti Alphabet və Twitter bu ilin iyul-sentyabr dövründə gəlirlərinin artdığını açıqlayıblar.
Maliyyə təqvimində iyul-sentyabr dövrünü ilk rüb olaraq qəbul edən Microsoft balansını açıqlayıb.
Marja xəbər verir ki, Şirkətin gəliri, iyul-sentyabr dövründə keçən ilin eyni dövrü ilə müqayisədə 22% artaraq 45,3 milyard dollara çatıb. Microsoft 2020-ci ilin iyul-sentyabr dövründə 37,2 milyard dollarlıq gəlir əldə etmişdi. Microsoft-un gəlirində 2018-ci ildən bu yana ən sürətli artım olub.
Şirkətin xalis mənfəəti də eyni dövrdə 48% artaraq 20,5 milyard dollara yüksəlib. Microsoft-un xalis mənfəəti keçən ilin eyni dövründə 13,9 milyard dollar olmuşdu.
Microsoft-un səhmbaşına mənfəəti bu dövrdə 1,82 dollardan 2,71 dollara yüksəlib.
Alphabet-dən rekord mənfəət
Google-ın ana şirkəti Alphabet də 2021-ci ilin üçüncü rübünə dair balansını paylaşıb.
Alphabetin ilin üçüncü rübündə əldə etdiyi gəlir, keçən ilin eyni dövrü ilə müqayisədə 41% artaraq 65,1 milyard dollara çatıb. Şirkət, 2020-ci ilin eyni dövründə 46,2 milyard dollar gəlir açıqlamışdı. Google-ın baş şirkəti, 14 ilin ən yüksək rüblük gəlir artımını qeyd edib.
Alphabet-in xalis mənfəəti üçüncü rübdə keçən ilin eyni dövrü ilə müqayisədə 68,4% artımla 18,9 milyard dollara yüksəlib. Alphabet, keçən ilin üçüncü rünbündə 11,2 milyard dollar xalis mənfəət əldə etmişdi.
Şirkətin keçən ilin iyul-sentyabr dövründə 16,40 dollar olan səhmbaşına mənfəəti bu ilin eyni dövründə 27,99 dollara yüksəlib. Alphabet, bu dövrdə əldə etdiyi mənfəətlə rekord qırıb.
Twitter zərər açıqlayıb
Dünyada məşhur sosial media şəbəkəsi Twitter də iyul-sentyabr dövrünə aid maliyyə nəticələrini açıqlayıb.
Şirkətin bu ilin üçüncü rübündə əldə etdiyi gəlir keçən ilin eyni dövrü ilə müqayisədə 37% artaraq 1,28 milyard dollara yüksəlib. Şirkət 2020-ci ilin üçüncü rübündə 936,2 milyon dollarlıq gəlir əldə etmişdi.
Şirkət ilin üçüncü rübündə 537 milyon dollar zərər edib. Twitter, 2020-nin üçüncü rübündə təxminən 29 milyon dollar xalis mənfəət açıqlamışdı.
Twitter-in bu ilin üçüncü rübündəki gündəlik ortalama aktiv istifadəçi sayı isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 13% artaraq 211 milyona çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
9 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
15 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
21 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş


























