OLED noutbukları Bakıda! - QİYMƏT
(®) Bildiyiniz kimi, hər il kompüter texnologiyaları sahəsində yenilik və innovasiyaların tətbiqi davam etməkdədir. 2021-ci ildən isə dünyada ən yeni texnologiyalardan olan OLED ekranlı noutbukların istehsalına başlanıldı. OLED texnologiyasını noutbuklarda kütləvi şəkildə ilk dəfə ASUS şirkəti tətbiq etməyə başlamışdır. Ondan əvvəl bu texnologiya ilə ancaq televizor və telefonlar istehsal olunurdu.
Hər zaman yenilikləri və ən son texnologiyaları ilk olaraq öz məhsullarında tətbiq edən ASUS bu yeniliyi ilk öncə eleqant, incə və zərif dizaynlı, həmçinin premium biznes sinif hesab olunan əfsanəvi ZenBook modellərində reallaşdırdı.
Bəs bu qədər bəhs etdiyimiz OLED texnologiyası nədir? OLED, yəni Organic Light-Emitting Diode - orqanik işıq yayan diodlar deməkdir ki, onların köməyi ilə daha az enerji ilə, daha parlaq işıq effekti almaq mümkündür. Bu texnologiyanın köməyi ilə ötürülən rənglər real rəng çalarlarına daha yaxındır və ekranda əks olunan rənglər isə daha canlıdır. Xüsusilə qeyd etmək lazımdır ki, OLED texnologiyası ən real, ən canlı məhz qara rəngi ötürür. Ən önəmlisi odur ki, bu texnologiya gözlərə və yuxu sisteminə çox mənfi təsir edən mavi işığın təsirini azaldır, amma rəngləri 100% rəng qamutu ilə birəbir olduğu kimi, real əks etdirməsinə baxmayaraq, OLED texnologiyanın daha az enerji sərf etməsi və daha davamlı, yəni dayanıqlı olması onun əsas üstünlüklərindəndir.
“Azerbaijan Technologies” şirkəti ASUS brendinin Azərbaycanda rəsmi distribütoru olaraq, OLED ekranlı ZenBook modellərini hələ ilin əvvəlindən bölgədə Asusun yeganə rəsmi mağazası olan Asus Brand Store’da satışa çıxarmışdır.
OLED ekranlı ZenBooklardan sonra, ASUS şirkəti kütləvi olaraq bu texnologiyanı ultraslim kateqoriyalı və müştərilər tərəfindən xüsusilə sevilən VivoBooklara da tətbiq etməyə başladı. OLED ekranlı yeni VivoBooklar artıq oktyabr ayının 18-indən Asus Brand Store-da satışa çıxarılmışdır. Müştərilər OLED ekranlı noutbuklara elə ilk gündən xüsusi maraq göstərir, hətta aylardır OLED ekranlı yeni VivoBookları gözləyən müştərilər üçün bu çox sevindirici bir xəbərdir ki, artıq yeni VivoBooklar Bakıdadırlar.
Noutbuklar həm İntel, həm də AMD prosessorladır,
VivoBook Pro versiyası isə NVIDIA GEFORCE RTX3050 4GB videokartla təchiz edilib.
OLED ekranlı yeni VivoBookların qiyməti 1799 AZN-dən başlayır. Ətraflı modellərlə tanış olmaq üçün bu linkə tıklayın:
https://aztech.az/product-category/noutbuklarin-satishi-kompyuterlerin-satisi/ultrabooks_az/
Həm dizaynı göz oxşayan, həm yüngül, rahat daşına bilən yeni OLED ekranlı VivoBooklar qrafik dizayn, memar, mühəndis, proqramçı, developer, video editinq, yaradıcı insanlar, maliyyəçilər üçün əla seçimdir. Tam əminliklə deyə bilərik ki, yeni OLED texnologiyalı noutbuklar tezliklə bazarda özünəməxsus yer tutacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
5 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
5 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb

















