Türk Lirəsi daha da ucuzlaşdı - YENİ REKORD
Dollar/Türk Lirəsi (TL) məzənnəsi, inflyasiyanın yüksəldiyi bir dövrdə faiz endirimlərinə başlayan Türkiyə Cühuriyyəti Mərkəzi Bankının (TCMB) bu həftə də endirimlərə davam edə biləcəyi narahatlığı ilə 9.37-yə qədər yüksələrək yeni tarixi yüksək səviyyələrdə əməliyyat olunur.
Marja xəbər verir ki, Dollar/TL məzənnəsi 9,3747-ni görüb.
Dollar/TL məzənnəsinin gedişatında həlledici rol oynaya biləcək faiz qərarı 21 Oktyabr 2021-ci il tarixində Türkiyə Mərkəzi Bankı tərəfindən açıqlanacaq.
Türk Lirəsinin ucuzlaşmasının əsas səbəblərindən biri Türkiyə Mərkəzi Bankının ötən ay faiz endirimi etməsi və bu həftə də endirimlərə davam edə biləcəyi narahatlığıdır. İndi Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının 21 Oktyabrda açıqlayacağı faiz qərarı səbirsizliklə gözlənilir. Sorğuya görə, bazar Mərkəzi Bankdan 0,50 bənd faiz endirimi gözləyir.
Bloomberg-in 17 qurum arasında keçirdiyi sorğuya görə, Mərkəzi Bank əsas faiz dərəcəsini 0,50 bənd azaldaraq 18%-dən 17,50% səviyyəsinə salacaqdır.
İştirakçılar Noyabr ayında da faiz endiriminin davam edəcəyini gözləyirlər.
Sorğuya görə, 2021-ci ilin sonunda TCMB-nin faizi 16,50% olacaqdır.
Analitiklər, Türkiyə Mərkəzi Bankının faizini azaltması ilə Türk Lirəsinin daha da ucuzlaşacağını, məzənnənin 9,50 səviyyəsini də aşacağını gözləyirlər.
Fransanın sərmayə bankı "Societe Generale", TCMB-nin bu həftə faizi 1,00 bənd endirə biləcəyini və dollar/TL-nin il sonunda 9,80 ola biləcəyini təxmin edir.
Xatırladaq ki, 23 Sentyabrda Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) pul siyasəti faizini 1.00 bənd aşağı salaraq 19%-dən 18%-ə endirib. Bazar faizin sabit saxlanılacağını gözləyirdilər. Bundan sonra türk Lirəsinin ucuzlaşması sürətlənib.
Hazırda Türkiyənin Suruyada yeni bir əməliyyata başlağacağı ehtimalı, qlobal bazarlarda dolların, neftin bahalaşması və inflyasiyanın artması da Türk Lirəsinin ucuzlaşmasına səbəb olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
14 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
14 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 16 saat əvvəl
-
16 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























