Mərkəzi Bankda vəzifə verilmiş Namiq Nağdəliyev kimdir?
Xəbər verdiyimiz kimi, Namiq Nağdəliyev Azərbaycan Mərkəzi Bankının sədrinin ofisinə direktor təyin edilib. O, bu vəzifədə ötən il Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədri təyin olunmuş Adışirin Qasımovu əvəz edib.
Namiq Sahib oğlu Nağdəliyev 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2012-ci ildə “Keçid iqtisadiyyatı ölkələrində İnflyasiyanın hədəflənməsi rejiminin nəzəri əsasları və Azərbaycan Respublikasında tətbiq edilməsi perspektivləri” mövzusunda dissertasiya işi müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2011-ci ildə ABŞ-ın Kolumbiya Universitetində doktorantura tədqiqatı aparmış, 2013-2014-cü illərdə ABŞ-ın Johns Hopkins Universitetində postdoktorantura pilləsi üzrə akademik təhsil almış, “Keçid iqtisadiyyatı ölkələrində institusional və iqtisadi islahatların idarəedilməsi” üzrə tədqiqat işi aparmışdır. 2020-ci ilin may-dekabr aylarında Harvard Universitetində “Dövlət Siyasətinin həyata keçirilməsi” istiqaməti üzrə xüsusi təhsil almışdır.
N.Nağdəliyev əmək fəaliyyətinə 2001-ci ildən başlamış, kommersiya banklarında, İqtisadiyyat Nazirliyi yanında İqtisadi İslahatlar ETİ-da çalışmışdır. 2008-ci ildə Mərkəzi Bankın Pul siyasəti departamentinə işə qəbul olunmuş və orada Pul və Məzənnə Siyasəti şöbəsinin rəisi vəzifəsinədək yüksəlmişdir. 2018-2021-ci illər ərzində Vaşinqton şəhərində Dünya Bankının İcraçı direktorunun müşaviri vəzifəsində fəaliyyət göstərmişdir.
Evlidir, 1 övladı var.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 12 d. əvvəl
- 20 d. əvvəl
- 30 d. əvvəl
-
46 d. əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək


























