Gömrük Komitəsindən yeni bina üçün 9,4 milyon manatlıq sifariş
Dövlət Gömrük Komitəsinin yeni inzibati binası bahalı tenderlər ilə yadda qalır. Bu günə qaədər bağlanmış müqavilələrin məbləği 50 milyon manaat yaxınlaşıb.Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının isitmə-soyutma, ventilyasiya, kondisionerləşdirmə, su təchizatı, kanalizasiya, avtomatik yanğınsöndürmə sistemlərinin, qazanxananın və nasosxananın quraşdırılması üzrə işlərin həyata keçirilməsi ilə əlaqədar mal iş və xidmətlərin satın alınması" üzrə keçirdiyi tenderi yekunlaşdırıb.
Marja xəbər verir ki, tenderin qalibi "ALFA-R ENGİNEERİNG" MMC-dir.
Komitə qalib şirkət ilə məbləği 9 milyon 428 min 200 manat olan müqavilə imzalayıb.
Bundan əvvəl, yeni inzibati binanın fasadının üzlənməsi "FF Construction" MMC şirkətinə sifariş olunmuşdur. Bu şirkət ilə məbləği 7 milyon 576 min 421 manat olan müqavilə bağlanmışdır.
Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının tikintisi “Progress” Sənaye İstehsalat Şirkətinə həvalə olunmuşdur. Bu şirkət ilə məbləği 30 milyon manatlıq, 1 milyon 92 min manatlıq və 1 milyon 332 min manatlıq olmaqla cəmi 32 milyon 424 min manatlıq müqavilələr imzalanıb.
Yeni inzibati binasının tikintisi üzrə yuxarıda adları çəkilən 3 şirkət ilə bağlanılmış müqavilələrin məbləği 49 milyon 428 min manatı aşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 43 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























