Dövlət Miqrasiya Xidməti və Caspian European Club-un Bakıda birgə biznes-forumu keçirilib
24 may 2017-ci il tarixində Caspian European Club və Caspian American Club-un Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəhbəri Firudin Nəbiyevin iştirakı ilə təşkil etdiyi biznes-forumda Azərbaycanın miqrasiya siyasətinin əsas aspektləri müzakirə olunub.
Biznes-forumda çıxış edən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin (DMX) rəhbəri, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti və gələcək planları barədə məlumat verib.
Onun sözlərinə görə, Xidmət Azərbaycan Prezidentinin DMX qarşısında qoyduğu məqsədlərə cavab verən ayrılmış kvota çərçivəsində əcnəbilərin ödənişli əmək fəaliyyətinə cəlb olunması üzərində dövlət nəzarətini uğurla həyata keçirir. DMX-nin rəhbəri əmək miqrasiyası kvotasının hər il mütəmadi olaraq növbəti ilin başlanmasına 3 ay qalmış Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edildiyini xatırladıb.
Firudin Nəbiyev vurğulayıb ki, 2013-cü ildə Dövlət Miqrasiya Xidmətinin iştirakı ilə imzalanmış neft-qaz layihələrinin milliləşdirilməsi sahəsində əməkdaşlıq barəsində protokola müvafiq olaraq əcnəbi personalın mərhələli şəkildə yerli peşəkar kadrlarla əvəzlənməsi üzərində nəzarət əhəmiyyətli dərəcədə güclənib. F.Nəbiyev eyni zamanda qeyd edib ki, işəgötürənlərin işçi qüvvəsi ilə bağlı tələblərinin təmin edilməsindən ötrü yerli kadrların daha geniş və səmərəli istifadəsi üçün şəraitin yaradılması mütləqdir.
“ Hazırda, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə özəl sektora və sahibkarlığa dövlət dəstəyinin gücləndirildiyi, əlverişli biznes və investisiya mühitinin formalaşdığı bir vaxtda Dövlət Miqrasiya Xidməti də qanunvericiliyin tələblərinə uyğun olaraq səlahiyyətləri çərçivəsində sahibkarlarla əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinin tərəfdarıdır. Bununla bağlı Xidmət tərəfindən hər zaman özəl və biznes sektora diqqət göstərilir, Xidmət rəhbərliyinin iştirakı ilə sahibkarlarla çoxsaylı görüşlər keçirilir, onları maraqlandıran məslələrin mümkün qədər tez həll edilməsi üçün qanunauyğun iş aparılır”, - deyə o vurğulayıb.
Firudin Nəbiyev qeyd edib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılarkən obyektivliyin və şəffaflığın təmin olunması üçün Azərbaycan Respublikasının Prezidentin 3 fevral 2016-cı il tarixli fərmanına uyğun olaraq, Dövlət Miqrasiya Xidmətinin Apellyasiya Şurası və Şuranın Katibliyi yaradılıb, onların tərkibi və Əsasnaməsi təsdiq edilib.
“Bizə həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, filiala və ya şirkətə rəhbərlik etmək məqsədilə Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin alınması ilə bağlı müraciətlər də daxil olur. Təəssüf ki, bəzən qanunsuz miqrasiya və ya ölkə ərazsisində bu kimi fəaliyyətlə məşğul olmaq üçün əsasın olmaması faktı ilə qarşılaşırıq”, - deyə qurumun rəhbəri bildirib.
Biznes-forum çərçivəsində Caspian European Club şirkətləri Azərbaycanın miqrasiya siyasəti ilə bağlı problemlərin həlli yollarını müzakirə edib, həmçinin bizneslə Dövlət Miqrasiya Xidməti arasında fəal dialoqun davam etməsi üçün təkliflər irəli sürüblər.
Biznes-forumda çıxış edən Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev konstruktiv dialoqa, həmçinin tədbir zamanı Klub üzvlərinin səsləndirdikləri təklif və xahişlərə göstərilən diqqətə görə Firudin Nəbiyevə minnətdarlığını bildirib.
Telman Əliyev qeyd edib ki, sentyabr ayından etibarən Gürcüstanda Tbilisi və Batumidə biznes-forumlar, CEO Lunch, treninqlər, seminarlar, dəyirmi masalar, illik Caspian Energy Forum, milli və beynəlxalq mükafatların təqdimetmə mərasimlərinin təşkili ilə məşğul olacaq Caspian Energy Georgia şirkəti fəaliyyətə başlayacaq. Onun sözlərinə görə, Caspian Energy həmçinin öz fəaliyyətini təzədən quran və yeniləyən xarici ofislərdəki pay iştirakını satışa çıxarır.
O xatırladıb ki, Klub 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradılıb. Caspian European Club və Caspian American Club-un Sədri Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir. Caspian European Club və Caspian American Club təsis olunduğu ilk gündən neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb edilməsinə kömək ediblər. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club və Caspian American Club dünyanın 50 ölkəsində fəaliyyət göstərir və dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal iş aparırlar.
Biznes-forumda Firudin Nəbiyevə Caspian European Club-un fəxri üzvlük sertifikatı təqdim olunub. Biznes-forumda şirkət rəhbərləri, bir sıra diplomatik qurumların və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Caspian Energy, Caspian Energy Forum, Caspian Energy Award, Caspian Energy Club, Caspian European Club, Caspian Business Club, Caspian American Club, Caspian American Forum, CEO, CEO Lunch, Brand Award və digərləri qeydiyyatdan keçmiş ticarət markalarıdır və Caspian Energy International Media Group-a məxsusdurlar.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
3 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
3 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
BOKT investorlara illik 18% gəlir təklif edir
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
Ən çox oxunanlar
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Bank kartları dələduzların hədəfinə necə çevrilir?

























