Yaponiyanın səfiri qubalı bağbanın qonağı oldu - "YERLİ MƏHSULDAN BAHADIR"
Yerli almaların kilosu 1 manatdan aşağı olsa da, yapon almasının kiloqramı 1,5-2 manata satılır.Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada qubalı bağban Ramiz Kərimovun qonağı olub.
Bağı rayonun Birinci Nügədi kəndində olan sahibkar 15 ilə yaxındır yapon alma sortları becərir.
Səfir Cuniçi Vada təsərrüfat sahibi ilə fikir mübadiləsi aparıb, Yaponiyadan gətirilən alma sortlarının məhsuldarlığı ilə maraqlanıb. Səfirə məlumat verilib ki, bol məhsul yetişən alma bağında yaxın günlərdə məhsul yığımına başlanacaq.
Ramiz Kərimov bir hektar bağından hər il 25 tonadək məhsul əldə edir. Yapon almasının qiyməti də yerli məhsuldan bahadır. Digər almaların kilosu 1 manatdan aşağı olsa da, yapon almasının kiloqramı 1,5-2 manata satılır.
Meyvə bağında 900-dək yeni sort alma ağacı var. Onların əksəriyyəti Yaponiyanın Yamanaşi bölgəsindən gətirilən “Fuci”, “Sakuray” və “Ramzes” sortlarıdır.
Qeyd edək ki, 2006-cı ildən yaponiyalı mütəxəssislərlə təcrübə mübadiləsi aparan Ramiz Kərimov uzaq şərq ölkəsində becərilən məhsuldar alma sortlarının tinglərini əldə edib. Həmin tingləri bağında əkərək calaq vasitəsilə çoxaldan bağban yetişən məhsulun yerli almalardan xeyli fərqləndiyinin şahidi olub.
Qubanın hava şəraitinə uyğunlaşan alma həm dadına, həm də məhsuldarlığına görə yerli meyvələrdən fərqlənir. Bununla yanaşı, yapon alma sortları xəstəliklərə qarşı daha davamlıdır.
Bağban meyvə bağları salarkən daim mütərəqqi üsullardan istifadə edir. Yaponiyalı mütəxəssislər də Ramiz Kərimovun qonağı olur və təsərrüfatçı ilə təcrübə mübadiləsi aparırlar.
Telegramda Marja.az səhifəsinə abunə olun
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
5 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















