"Bank Standard"ın kredit portfelinin 95%-i üzrə ciddi gecikmə var
Ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin kredit portfelinin həcmi 2017-ci il mayın 1-nə 741 mln. manat təşkil edib.
Bu barədə Bankda yaradılmış Kreditorlar Komitəsinin bu gün keçirilən iclasında qurumun sədri Əkrəm Həsənov bildirib.
Onun sözlərinə görə, bu kreditlərin cəmi 5%-i işlək, 95%-i isə ciddi gecikməsi olan kreditlərdir: “Qeyri-işlək kreditlərin 58%-i tam təminatsızdır. Qalan kreditlər isə təminatlı olsa da, “KPMG” audit şirkətinin qiymətləndirməsinə görə, onların təminatı zəifdir. Fond ötən ilin oktyabr ayından indiyə qədər verilmiş kreditlər üzrə 40,4 mln. manat vəsait toplayıb”.
Ə.Həsənov onu da qeyd edib ki, indiyə qədər “Bank Standard”ın 45 235 kreditorunun tələbləri qeydə alınıb: “Bunun 43 272-si fiziki şəxslərdir, onların bankdan alacaqları 156 mln. manatdır. Həmçinin, 1 963 kreditorun tələbi qeydə alınıb ki, onlara da “Bank Standard”dan 1,043 mln. manat verilməlidir. Bir məsələ də var ki, kreditorların reyestrini hələ də məhkəmə təsdiq etməyib. Bununla bağlı Məhkəmə-Hüquq Şurasına müraciət etməliyik, çünki Fond (ADIF) vaxtında məhkəməyə müraciət edib, amma hansısa hakim bu işi ləngidir. O hakim barədə də tədbir görülməlidir”.
Komitə sədri həmçinin təklif edib ki, “Bank Standard”ın kredit portfelinin tərkibi barədə də kreditorlara məlumat verilsin: “Kreditorlar bilməlidir ki, bu batmış kreditlər kimlərə və necə verilib, kimlər buna görə məsuliyyət daşıyır”.
İclas davam edir.
© Report
Müştərilərin xəbərləri
Bakıda “McDonald's”ın maliyyə, strategiya və analitika, istehsalat və personalın idarə edilməsi üzrə sammitlər keçirilib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 1 gün sonra
-
- 23 saat sonra
- 19 d. əvvəl
-
30 d. əvvəl
SOCAR-ın reytinqi "şəffaflıq və maliyyə siyasətindəki irəliləyişlərə görə" qaldırıldı
- 45 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
2025-ci ildə mənzil bazarında alıcıların üstünlük verdiyi yeni trendlər
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
“Bakı Elektroavtomat”ın rəhbərliyi formalaşdırılacaq
Azərbaycan Çin şirkətilə 100 MVt gücündə Günəş Elektrik Stansiyası Layihəsi üçün müqavilə imzaladı
Bu il Kino Agentliyinə ayrılmış vəsaitdən qalan 5 milyonun gələn il necə xərclənəcəyi açıqlanıb
Sənaye şirkəti ləğv edilir
İnvestisiya şirkətində növbədənkənar yığıncaq keçiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub










.jpg)







.jpg)


