ABB Miles indi Visa kartları ilə!
(®️) ABB Miles kartları indi müştərilərə daha böyük faydalar yaradır.
ABB-nin yeni təqdim etdiyi Visa ABB Premium Miles Signature debet və kredit kartları ilə hava limanında Fast Line xidmətindən istifadə etməklə ildə 10 dəfə növbəsiz qeydiyyatdan keçmək, pulsuz COVİD testi vermək, Chatbot concierge xidmətindən ödənişsiz yararlanmaq olar.
Visa Travel Insurance xidmətindən pulsuz istifadə, bütün dünyada 1300-dən çox biznes-zala ildə 4 dəfə pulsuz keçid imkanı da bu kartların müştərilərə yaratdığı faydalardandır. Bundan başqa, ABB Miles sahibləri hotel bronlaşdırmasını www.agoda.com vasitəsilə aparıb endirim qazana bilərlər. ABB Miles Visa kartları ilə Avis-dən avtomobil kirayəsində də 35%-dək endirim əldə etmək mümkündür.
ABB Miles kartlarını buradan onlayn sifariş etmək, yaxud Bankın bütün filial və şöbələrindən almaq və ya onlayn sifariş edilmiş debit kartın ünvana çatdırılması xidmətindən faydalanmaq olar. Kartların müddəti 3 illikdir. ABB Miles kredit kartları müştərilərə hissə-hissə ödəniş imkanı verir. Bu kartlarla müştəriyə 60 günədək güzəşt imkanı yaradılır.
ABB Miles kartları Bankla tərəfdaş məkanlarda müştəriyə alış-veriş zamanı daha çox mil qazandırır. Kəşbək millər formasında toplanır. Müştəri toplanmış milləri sonra təyyarə biletlərinə və otel rezervasiyalarına dəyişə bilir. Milləri həm ölkəxarici, həm də ölkədaxili səyahətlər zamanı dəyişmək mümkündür. ABB Miles ilə toplanmış millər bütün hava yolları şirkətlərində və otellərdə keçərlidir. Hər bir kart sahibi lazımi sayda millər topladıqdan sonra şəxsi kabinetinə daxil olub onları istədiyi formada dəyişə bilər. Millərin hesablanması qaydaları ilə buradan tanış olmaq mümkündür.
Manatla olan ABB Miles kartı hesabındakı vəsait qalığına illik 3%-dək əlavə mil verilir. Mil qazancı hər günün sonuna kartda olan vəsaitə hesablanır və ayın sonunda müştərinin hesabına köçürülür.
ABB Miles kartlarının bir çox başqa üstünlükləri də var. ABB-nin ATM-lərində ABB Miles kartları ilə nağdlaşdırma zamanı aylıq 15.000 manata qədər heç bir komissiya haqqı tutulmur. Kart SMS xəbərdarlıq sisteminə pulsuz qoşulur. Bankın mobil tətbiqində və şəxsi kabinetdə mil balansını yoxlamaq olur.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
BOKT illik 18% gəlir təklif edən istiqrazlarına “Ticarətə İcazə” qərarı verildi
-
-
6 saat əvvəl
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin 2025-ci il üzrə dövriyyələri açıqlandı - SİYAHI
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Azərişıq”ın Naxçıvan idarəsinin rəisi və şöbə müdiri vəzifədən azad edilib
-
8 saat əvvəl
ABŞ: Məqsəd Qrenlandiyanı “işğal etməklə deyil, satın alaraq” əldə etməkdir
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub
Bakı Fond Birjasının dövriyyəsi 10 faizdən çox azalıb
Ən çox oxunanlar
Xalq Bankdan depozit seyfi xidməti
Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı
"Ermənistan və Azərbaycan potensial ticarət üçün məhsul siyahılarını mübadilə edir"
Dövlətə məxsus bank və BOKT-ların yenidən təşkilinə və ləğvinə prezident qərar verəcək
Dünyada mis çatışmazlığının daha da dərinləşməsi gözlənilir
Yanvarın 9-da gözlənilən hava şəraiti









.jpg)
















