““Tutar ya da tutmaz” deyib qərarlar qəbul edirlər, yatırım səbr işidir”
“Təəssüf ki, sərmayə bazarlarına daxil olan bir çox insan “tutar ya da tutmaz” deyib qərarlar qəbul edirlər Əslində yatırım səbr işidir”.
Marja xəbər verir ki, bunu Türkiyənin “Habertürk” televiziya kanalının “Yatırımcı Rehberi” proqramına müsahibəsində “InvestAZ Yatırım” şirkətinin İdarə Heyətinin sədri, Azərbaycanda fəaliyyət göstərən "İnvest-Az İnvestisiya Şirkəti" QSC-nin Təsisçisi və Müşahidə Şurasının Sədri, tanınmış iş adamı Elşən Quliyev bildirib.
O, aparıcının “İstanbul Birjasında ticarət olunan Türkiyənin iri şirkətlərinin bazar dəyərləri çox aşağıdır. Dünyadakı bənzərləri ilə qarşılaşdırıldıqda inanılmaz ucuzdurlar. Halbuki, bu şirkətlərin işləri qaydasındadır, istehsalları artır, satışları və ixracları mövcuddur. Bunun səbəbi nədir?” sualına belə cavab verib:
“Türkiyədə insanların birjaya, sərmayə bazarlarına "köşeyi dönmek" (heç bir səy göstərmədən qısa müddətdə pul sahibi olmaq, varlılaşmaq -red) vasitəsi kimi baxırlar. Türkiyədə "köşeyi dönmek" istəyən sərmayəçilərin sayı həddindən artıq çoxdur. Onlar “bir yatırım, beş qazanım” istəyirlər. Türkiyə ilə ABŞ-ı müqayisə etsək, Amerikada da birdən varlı olmaq istəyənlər var, amma birjanı nadir hallarda istifadə edirlər, gedib çox riskli yeni yaradılan bizneslərə, startaplara sərmayə yatırırlar. Türkiyədə isə alternativ alətlər az olduğundan birja insanların beynində “köşeyi dönmek" üçün bir vasitə kimi qalıb. Belə olanda da onlar bir sıra insanların məlumatlarından, təhlillərindən və proqnozlarından asılı vəziyyətə düşürlər,hətta “tutar ya da tutmaz” qərarlar qəbul edirlər. Tutarsa təşəkkür edən yoxdur, tutmasa ağızlarına gələni danışırlar. Təəssüf ki, belə bir vəziyyət var, bunun dəyişməsi lazımdır”.
Elşən Quliyev əlavə edib ki, tez varlanmaq istəyinə görə qısa müddətdə gəlir gətirə biləcək alətlərə sərmayə yatırılır:
“Yatırım səbr işidir. Təəssüf ki, Türkiyədə səbr etmək səviyyəsi aşağıdır. Yəni insanlar uzunmüddətli səbr edə bilmirlər. Qısa müddətdə gəlir gətirən şirkət qiymətli kağızlarına sərmayə yatırılır. Bu gün yaxşı satışları və istehsalı olan bir sıra şirkətin İstanbul Birjasında əsl dəyərlərinin formalaşmamasının səbəblərindən biri onlaraın səhmlərinə sərmayə yatırılıb bir neçə il gözlənilməməsidir. Türkiyədə uzunmüddəli, qısası, “səbrli pul” yoxdur. Varsa xarici valyutalarda və ya depozitlərdə saxlanılır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
6 d. əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
-
- 8 d. əvvəl
-
18 d. əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 26 d. əvvəl
-
48 d. əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
- 50 d. əvvəl
-
55 d. əvvəl
Kapital Bankın xalis mənfəətində son 3 ilin ən yüksək nəticəsi qeydə alınıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib























