"Günah bizdə yox, qazı Avropadan kənara daşıyanlardadır"
Rus enerji nəhəngi qaz qiymətlərinin sürətlə artımında rolunu qəbul etmir...“Qazpromun təchizatı azaltmasının Avropada qaz qiymətlərinin artımına əsas təsiri barədə ABŞ və Avropa İttifaqının ittihamları əsassız və absurddur”.
Marja xəbər verir ki, bu barədə Rusiyanın ən iri qaz təchizatçısının müqavilələr və qiymətqoyma idarəsinin rəisi Sergey Komlev bildirib.
Qurum rəsmisinin məlumatına görə, Qazprom iddiaların əksinə olaraq, Avropaya qaz təchizatını azaltmayıb, əksinə, artırıb. Cari ilin birinci yarısında Avropanın qaz idxalında sıxılmış maye təbii qazın (LNG) payı 31% təşkil edib ki, ötən il bu rəqəm 41,5% idi.
Bütövlükdə maye qazın Avropadan Asiya-Sakit okean regionuna və Latın Amerikasına yönəldlməsi nəticəsində LNG idxalı 10,74 milyard kub metr, yaxud 16%-ə yaxın azalıb. Boru kəməri ilə nəql edilən təbii qazın idxalı isə ilk 6 ayda 33,1%, yaxud 31,5 milyard kub metr artıb ki, bunun da böyük hissəsi Rusiyanın payına düşür.
“Dünya bazarlarında qiymət dinamikasının Avropa və Asiya arasında maye qazın yenidən bölüşdürülməsindən asılılığı bir daha sübut edir ki, bazarda qeyri-sabitlik yaradan əsas amil maye qazın təchizat qrafikidir. Həm LNg-nin əsas tədarükçülərindən olan ABŞ-ın, həm aqreqatorların, həm də aldığı qazı üçüncü tərəfə satmaq hüququ olan son istehlakçıların qiymətin daha cəlbedici olduğu Asiya bazarına yönəlməsi hazırkı vəziyyətə gətirib çıxarır” - Sergey Komlev qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 53 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Audit sahəsində 5 yeni şirkətə lisenziya verilib
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Liviyada 20 milyard dollarlıq neft sazişi
Ən çox oxunanlar
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat



















