Brent neftin qiyməti 3 ilin ən yüksək səviyyəsində!
ABŞ-da anbarlarda neft ehtiyatlarının azaladığının açıqlanmasından sonra neft qiymətləri yüksəlməkdə davam edir.
Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 08:07-də Brent nefti 1,5% bahalaşma ilə 77,34 dollardan, ABŞ xam nefti (WTI) də 1,5% bahalaşma ilə 73,31 dollardan ticarət olunub. Brent neftin qiyməti son 3 ilin ən yüksək səviyyəsindədir.
Xam neft ehtiyatları həm ABŞ-da, həm də Avropada azalarkən, təbii qaz qiymətlərindəki artım ilə əlaqədar olaraq elektrik enerjisi istehsalı üçün neftə olan tələbin artması gözlənilir.
Avropada təbii qazın bahalaşması da neft qiymətlərinin yüksəlməsinə səbəb olur. Avropada qış sərt keçərsə, neftin qiymətinin daha da yüksələrək 85 dollara çata biləcəyi nəzərdə tutulur.
ABŞ-dakı xam neft ehtiyatları 2018-ci ildən bu yana ən aşağı səviyyəyə geriləyib. Hökumətin açıqladığı rəsmi məlumatlara görə, xam neft ehtiyatları keçən həftə 3,48 milyon barel azalaraq 414 milyon barelə düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 53 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Audit sahəsində 5 yeni şirkətə lisenziya verilib
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Liviyada 20 milyard dollarlıq neft sazişi
Ən çox oxunanlar
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat

















