Fitch, 2021-ci ildə Rusiya iqtisadiyyatının artım proqnozunu yüksəltdi
"Fitch" beynəlxalq reytinq agentliyi, 2021-ci ildə Rusiyanın ümumi daxili məhsulunun (ÜDM) artım proqnozunu 0,6 faiz bəndi artıraraq 4,3%-ə yüksəldib.
Marja xəbər verir ki, Agentliyin iyun ayı proqnozu 3,7% idi.
Eyni zamanda, Fitch, Rusiyanın ÜDM artımına dair gözləntilərini 2022-ci üzrə 2,7%-də və 2023-cü il üzrə 2% səviyyəsində saxlayıb.
Agentlik 2021-ci ilin sonunda Rusiya Federasiyasında inflyasiyanı 6%, 2022-ci ildə 4,2%, 2023-cü ildə 4% səviyyəsində proqnozlaşdırır.
Proqnoza görə, Rusiya Federasiyası Mərkəzi Bankının əsas faiz dərəcəsi bu il hazırkı 6.75%-dən 7%-ə yüksələcək, 2022-ci ildə agentliyin analitikləri uçot dərəcəsinin 6%-ə, 2023-cü ildə 5.5%-ə düşməsini gözləyirlər.
Materiallarda qeyd olunur ki, Rusiya makroiqtisadi sabitliyi qorumaqla bərabər, strukturun məhdudiyyətlərinin aradan qaldırılmasına yönəlmiş islahatlar nəticəsində ÜDM-in daha yüksək artımı gözlənilir.
Fitch analitikləri, neft qiymətlərinin və digər gəlirlərin ardıcıl olaraq yüksək olması səbəbindən Rusiya Federasiyasının büdcəsinin və valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə möhkəmləndiyini də qeyd ediblər.
Rusiya iqtisadiyyatının artımına təsir edən mənfi amillər arasında, agentlik makroiqtisadi və maliyyə sabitliyinə xələl gətirə biləcək əlavə sanksiyaların tətbiqini qeyd ediblər. Fitch analitikləri, neft qiymətlərinin dəyişkənliyinin Rusiya iqtisadiyyatına artan təsirini və böyük dövlət sektorunun öhdəliklərinin artması səbəbilə suveren tədiyyə balansının pisləşə biləcəyini də qeyd ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 53 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Audit sahəsində 5 yeni şirkətə lisenziya verilib
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Liviyada 20 milyard dollarlıq neft sazişi
Ən çox oxunanlar
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat


















