Çin hökuməti defolt riski qarşısında hərəkətə keçdi
Milyardlarla vəsait səpələnir, şirkətə tapşırıq verilir: dollar borcunu yoluna qoy!Çin hökuməti defolt riski ilə üzləşən iri əmlak şirkəti Evergrande ilə bağlı nəhayət, əməli addımların atılmasına başlayıb.
Marja Bloomberg-ə istinadla xəbər verir ki, hökumət rəsmiləri şirkətə bugün ödəniş müddətinin son günü olan dollar istiqrazlarının faiz ödənişlərində defolta düşməmək üçün “məsələni danışıqlar yolu ilə həll etməyin” vacibliyini bildirib.
Həmçinin, şirkətə əsas diqqəti yarımçıq qalan layihələrin tamamlanmasına yönəltmək və yerli investorların borclarını tədricən ödəmək tapşırılıb.
Bundan başqa, ölkənin mərkəzi bankı olan Çin Xalq Bankı investorları sakitləşdirmək üçün bu gün maliyyə sisteminə 90 milyard yuan (14 milyard dollara yaxın) vəsait daxil edib.Evergrande isə bir sıra yerli investorlara ödəniş şərtəri və müddəti barədə ilkin razılığa gəldiyini açıqlayıb. Şirkətin səhmləri Honq Konq birjasında 17%-dən çox bahalaşıb.
Təhlükə hələ də qalır...
Bununla belə, Evergrandenin bu gün dollar istiqrazları üzrə ödəməli olduğu 83,5 milyon dollar, eləcə də növbəti həftə ödəniş müddəti çatan 47,5 milyon dollarlıq öhdəliyi ilə bağlı vəziyyət qeyri-müəyyəndir. Wall Street jurnalı hökumətə yaxın mənbələrə istinadla yerli hakimiyyət orqanlarının şirkətin potensial çöküşünə də hazırlaşdığını yazır...
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Audit sahəsində 5 yeni şirkətə lisenziya verilib
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Liviyada 20 milyard dollarlıq neft sazişi
Ən çox oxunanlar
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
















