Avrozonada biznes aktivliyi azalıb, istehsal xərcləri az qala 20 ilin zirvəsində
Pandemiya hələ də əsas maneədir...Avro bölgəsində biznes aktivliyi sentyabr ayında son 5 aya görə ən aşağı tempdə inkişaf edib.
Marja xəbər verir ki, bu barədə IHS Markit-in yeni məlumatında bildirilir. Ümumi iqtisadi sağlamlığı göstərən Flash Composite satınalmalar üzrə menecer indeksi avqust ayındakı 59-la müqayisədə sentyabrda 56.1-ə düşüb.
İndeksin 50-dən yuxarı olması ümumilikdə artım göstəricisi olsa da, sentyabr ayının nəticələri Reuters-in daha öncəki proqnozlarından (58.5) xeyli aşağıdır. Avropada koronavirus pandemiyasına görə qadağaların əksəriyyətinin ləğvinə baxmayaraq, Delta ştammının sürətlə yayılması hələ də biznesi ciddi təzyiq altında saxlayır.
İstehsal xərcləri sub-indeksi isə 70.5 bəndini üstələyib, bu isə son 20 ildə həmin xərc maddəsində ən yüksək göstəricidir. Təchizat zəncirindəki problemlər xərc artımının əsas səbəblərindəndir.
Sənaye istehsalı üzrə menecer indeksi də avqustdakı 61.4-dən sentyabrda 58.7-yə düşüb. Bu göstərici də fevral ayından bəri ən minimum nəticədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 53 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Audit sahəsində 5 yeni şirkətə lisenziya verilib
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Liviyada 20 milyard dollarlıq neft sazişi
Ən çox oxunanlar
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat

















