173 milyon manat gəlirlərə qarşı 745 min manat xalis mənfəət!
“Azəralüminium” şirkətinin xalis mənfəəti 3 dəfə azalıb.Azərbaycan Sənaye Korporasiyasına daxil olan “Azəralüminium” MMC 2020-ci ili 744 min 842 manat xalis mənfəət ilə başa vurub. 2018-ci ildən 234 min manat zərərlə çıxmış “Azəralüminium” MMC 2019-cu ili 2 milyon 222 milyon manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, 2019-cu illə müqayisədə 2020-ci ildə Şirkətin xalis mənfəəti 3 dəfə azalıb.
Marja şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “Azəralüminium”un cəmi gəlirləri 172 milyon 853 min 464 manat, cəmi xərcləri isə 172 milyon 108 min 622 manat təşkil edib.
GƏLİRLƏRİ AZALIB
Ötən il Şirkətin satışdan gəlirləri 172 milyon 821 min 145 manat, satışın maya dəyəri isə 160 milyon 298 min 646 manat olub. Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə “Azəralüminium”un əsas əməliyyat gəlirləri 203 milyon 197 min manat (2018-ci illə müqayisədə 10,7 dəfə çox), satışının maya dəyəri 179 milyon 812 min manat (11 dəfə çox) təşkil etmişdi.
Azərbaycan Respublikasının əlvan metallurgiya sənayesində aparıcı şirkət olan "Azəralüminium" MMC ilkin aluminium istehsalçısıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
9 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















