"ABŞ-ın defolta düşməsi tarixi bir maliyyə böhranına təkan verə bilər" - MALİYYƏ NAZİRİ
ABŞ-ın Maliyyə naziri Janet Yellen (Janet Yellen), ölkənin iflas etməsinin (müflisləşməsinin) "tarixi bir maliyyə böhranına" səbəb ola biləcəyini deyib."The Wall Street Journal" qəzetində ABŞ-ın Maliyyə naziri Janet Yellenin "Konqres, Borc Limitini Yüksəlt" başlıqlı bir yazısı dərc olunub.
Marja xəbər verir ki, yazıda Yellen, ABŞ-ın yeni növ koronavirus (Covid-19) epidemiyasının səbəb olduğu böhrandan çıxdığını, ölkənin özünü bir başqa maliyyə çətinliyinə soxmaması lazım olduğunu bildirib.
Konqresin 1960-cı ildən bu yana ölkənin borc limitini təxminən 80 dəfə yüksəldib və ya təxirə saldığını xatırladan Yellen, bunun təkrar edilməsi lazım olduğunu, əks halda Xəzinə Nazirliyinin nağd balansının qeyri-kafi səviyyəyə düşəcəyini və federal hökumətin borclarını ödəyə bilməyəcəyini qeyd edib.
Yellen, "ABŞ heç bir zaman defolta (iflasa-red) düşməyib. Ölkənin defolta düşməsi tarixi bir maliyyə böhranına təkan verə bilər" qiymətləndirməsini edib.
İflasın faiz dərəcələrində ani bir artımı, səhm qiymətlərində sürətli bir enişi və digər maliyyə çalxantılarını yaradacağına diqqəti çəkən Yellen, "Mövcud iqtisadi bərpamız böhrana çevrilə bilər. Bu böhrandan şox zəif olaraq çıxa bilərik", - qeyd edib.
Yellen, Konqres üzvlərinin borc limitini bir daha müzakirə edəcəklərinə ümid etdiyini qeyd edib, ancaq sürətli hərəkət edilməsi lazım olduğunu vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 10 d. əvvəl
- 41 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
“A-Qroup Sığorta Şirkəti”ndə yeni təyinat
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
Ən çox oxunanlar
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















