"Ən böyük 10 şirkət" arasında artıq Çin şirkəti yoxdur
2017-dən bəri ilk dəfə "dünyanın ən böyük 10 şirkəti" siyahısında bir Çin şirkəti yer almayıb.Çininin iri qabaqcıl internet və texnologiya şirkəti "Tencent Holdings" bazar dəyərinə görə "dünyanın ən böyük 10 şirkətindən biri" adını itirib. Siyahıda 2017-ci ildən bəri ilk dəfə Çin şirkəti yer almayıb.
Marja xəbər verir ki, "Tencent" şirkətinin səhmləri bu gün 1,9% ucuzlaşıb. "Bloomberg"in məlumatlarına görə, şirkət, təxminən 552 milyard dollarlıq bazar dəyərilə ABŞ-ın çip istehsalçısı "Nvidia"dan geri qalıb.
Çin hökumətinin texnologiya sektorunda inhisarçılıqdan data təhlükəsizliyinə qədər bir çox sahədə sərt qaydalar tətbiq etməsinin təsirilə e-ticarət nəhəngi "Alibaba" da bu il siyahıdakı yerini itirmişdir.
"Tencent" səhmləri Yanvar ayında ən yüksək səviyyəsini görməsindən bu yana dəyərdən düşür, şirkətin bazar dəyəri təxminən 390 milyard dollar azalıb.
Çindəki məhdudiyyətlər ilə bu ay Hanq Senq indeksi dünyada ən pis performansı göstərib. "Alibaba" və "Tencent" ən pis performans göstərən səhmlər olub. Honq Konq Birjasında texnologiya səhmləri bu gün də düşərək 4-cü seansda da ucuzlaşmaqda davam ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 10 d. əvvəl
- 41 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
“A-Qroup Sığorta Şirkəti”ndə yeni təyinat
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
Ən çox oxunanlar
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















