Avqustda avtomobil idxalında 2021-in rekordu - 9000 ƏDƏDƏ YAXIN MAŞIN GƏTİRİLİB
Azərbaycana idxal edilən avtomobillərin sayı 70%-ə yaxın artıb.2021-ci ilin yanvar-avqust ayları ərzində (8 ayda) xarici ölkələrdən Azərbaycana 571 milyon 757 min dollar dəyərində 56 min 361 ədəd avtomobil (nəqliyyat vasitələri) idxal edilib.
Marja Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, avtomobil idxalı 2020-ci ilin 8 ayı ilə müqayisədə 23 min 183 ədəd və ya 69,9 % çoxdur.
Qeyd edək ki, 2020-ci ilin yanvar-avqust aylarında Azərbaycana 399 milyon 498 min dollar dəyərində 33 min 178 ədəd avtomobil idxal edilmişdi.
Bu ilin 8 ayında təkcə minik avtomobillərinin idxalı 52 min 488 ədəd təşkil edib (ötən ilin 8 ayında 31 min 26 ədəd təşkil etmişdi).
2021-ci ilin avqust ayında Azərbaycana 8 min 987 ədəd avtomobil idxal edilib (2021-in ötən dövrünün aylıq rekordu). Həmçinin bu ilin yanvarında 4 min 642 ədəd, fevralında 4 min 795 ədəd, martında 6 min 102 ədəd, aprelində 8 min 315 ədəd, mayında 7 min 366 ədəd, iyunayında 8 min 423 min ədəd, iyul ayında 7 min 731 ədəd avtomobil idxal edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
7 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
























