“Onlar Sevinsin” layihəsi 5-ci ilində qəhrəmanlar diyarı - GƏNCƏDƏ!
(®️) Aydın və parlaq gələcəyə açılan qapıların açarının savadlı və xoşbəxt uşaqların əlində olduğuna inanan və bu məqsəd uğrunda Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində bir çox layihələrə imza atan Bank of Baku, 2017-ci ildən etibarən hər il silsilə olaraq icra etdiyi “Onlar Sevinsin” layihəsinin 5-ci ilini də bu il uğurla həyata keçirdi.
Missiyasına sadiq qalan Bank of Baku-nun əməkdaşları bu dəfə qədim mədəniyyətin beşiyi, qəhrəmanlar diyarı Gəncə şəhərinə və Göygöl rayonuna səfər etdilər. Canını vətən uğrunda fəda edən şəhidlərimizin əmanətlərinə, yadigarlarına baş çəkərək, baxışlarına qüruru, qəlbinə valideyn həsrətini həkk edən övladlarına və aztəminatlı ailələrin uşaqlarına – ümumilikdə 100 nəfər məktəbliyə sevgi dolu çantalarını pay etdilər.
“Onlar Sevinsin” layihəsinin əsas məqsədi yeni dərs ili öncəsi ucqar rayon və kəndlərdə yaşayan aztəminatlı və şəhid ailələrinin övladlarını, fiziki məhdudiyyəti olan şagirdləri məktəbli çantası və ləvazimatları ilə təmin edərək, onların təhsillərinə dəstək olmaqdır.
Qeyd edək ki, “Onlar Sevinsin” layihəsinin 5 illik icrası dövründə Bank of Baku-nun əməkdaşları Lerikin Andurma, Qubanın Qalaxudat, Şəkinin Təpəcənnət kəndinə, Şirvan şəhərinə, Xaçmaz rayonuna və həmin rayonun Seyidlər və Hacıqurbanova kəndinə, Tovuzun Ağdam kəndinə, Gəncə şəhərinə və Göygöl rayonuna səfər edərək, ümumilikdə 600 nəfərə yaxın məktəblinin sevincinə səbəb olmuş və təhsillərinə töhfə vermişdir.
“Onlar Sevinsin” layihəsinin 5 il ərzində keçdiyi yolları əks etdirən video çarxlarla aşağıdan tanış ola bilərsiniz:
#OnlarSevinsin 2021 - http://y2u.be/0KuR9In7HvE
#OnlarSevinsin 2020 - http://y2u.be/2BJqygD9Wto
#OnlarSevinsin 2019 - http://y2u.be/PBF8QqvKILA
#OnlarSevinsin 2018 - http://y2u.be/LySjfG_bOuw
#OnlarSevinsin 2017 - http://y2u.be/GNzKEej2Kk8
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
12 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi

























