Qlobal istehsalçıdan proqnoz: vəziyyət bir də 2024-cü ildə düzələcək
Tələbatın dəyəri 7 trilyon dolları keçəcək....ABŞ-ın aviasiya nəhəngi, dünyanın ən iri təyyarə istehsalçılarından biri Boeing pandemiyanın təsirlərinin nə zaman aradan qalxacağına dair proqnozlarını açıqlayıb.
Marja xəbər verir ki, şirkət hava yolu ilə səyahətin yalnız 2024-cü ilin əvvəlində pandemiyadan əvvəlki səviyyəyə qayıda biləcəyini güman edir.
Qlobal istehsalçı həm də növbəti 20 il ərzində dünyanın yeni təyyarələrə tələbatını da proqnozlaşdırıb. Boeing-in hesablamalarına görə, 2040-cı ilə qədər 43 min ədəddən çox yeni təyyarəyə ehtiyac yaranacaq. Tələbatın əsas hissəsi Orta Şərq və Asiyanın payına düşəcək. Bütövlükdə yeni təyyarələrin dəyəri 7,2 trilyon dollar təşkil edəcək.
Aviasiya sənayesi qlobal iqtisadiyyatın mühüm tərkib hissəsidir. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) bu sektorun pandemiyadan öncə 65 milyon iş yeri ilə dünya iqtisadiyyatının 3,6%-ni təşkil etdiyini bildirir. ICAO-nun hesablamalarına görə pandemiya səbəbindən tətbiq olunan məhdudiyyətlər ötən il təkcə aviaşirkətlərə 370 milyard dollar, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA) görə isə 126 milyard dollar ziyan vurub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
5 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















