Azərbaycanda 1 ayda 270 ədəddən çox minik avtomobili istehsal edilib - KƏSKİN ARTIM
2021-ci ilin yanvar-avqust aylarında (8 ayda) Azərbaycanda 1214 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8% çox ( və ya 44 ədəd çox) minik avtomobili istehsal olunub.
2021-ci ilin yanvar-iyul aylarında (7 ayda) Azərbaycand 940 ədəd minik avtomobili istehsal edilmiş və bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5% az (və ya 134 ədəd az) idi. Beləliklə, avqustda Azərbaycanda 274 ədəd minik avtomobili istehsal edilib. İyulda Azərbaycandakı müəssisələr tərəfindən 145 ədəd avtomobil buraxılmışdı.
Marja Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 01.09.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 239 ədəd təşkil edib. 01.08.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 141 ədəd təşkil etmişdi.
TRAKTOR İSTEHSALI KƏSKİN ARTIB
2021-ci ili yanvar-avqust aylarında Azərbaycanda 432 ədəd traktor istehsal edilib. İstehsal ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə artıb. 01.09.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 59 ədəd təşkil edib.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda 1949 ədəd və ya 2019-cu illə müqayisədə 411 ədəd az minik avtomobili, 300 ədəd və ya 2019-cu illə müqayisədə 66.9% az traktor istehsal edilmişdi.
Qeyd edək ki, Azərbaycanda minik avtomobilləri Neftçala, Hacıqabul və Naxçıvanda, traktorlar isə Gəncədə istehsal edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
3 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 7 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB




















