Məşhur brend 60 ildən sonra Formula 1-ə geri dönüb
270 milyon dollardan baha yeni baza qurur...Böyük Britaniyanın lüks avtomobil brendi, “Ceyms Bond” filmlərinin və Britaniya kral ailəsinin əsas avtomobillərindən olan Aston Martin 1960-cı ildən sonra iştirak etmədiyi Formula 1 idman avtomobilləri yarışına qayıdıb.
Marja xəbər verir ki, bu məqsədlə qurulan yeni komandaya (Aston Martin Formula One Team) Kanadalı milyarder Laurens Stroll rəhbərlik edir.
Ötən il 182 milyon funt-sterlinqə (251 milyon dollara) şirkətdə 16.7% pay alaraq, onu tarixində yeddinci dəfə müflis olmaq təhlükəsindən xilas edən Stroll həm də Formula 1 üçün xüsusi avtomobillərin istehsal bazası qurur. İngiltərənin Northamptonshire əyalətində yerləşən baza üçün 200 milyon funta (276,3 milyon dollara) qədər investisiya yatırılacaq.
Əsas pilot qismində Formula 1 üzrə dördqat dünya çempionu Sebastian Vettel-i cəlb edən Aston Martin komandasında Laurensin oğlu Lans Stroll da yarışır. Vettel hələlik Aston Martinlə ən yüksək nəticəsini bu il iyunun 6-da Bakıda keçirilən Azərbaycan Qran-Prisində qazanıb - 2-ci yer.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
5 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























