Neft bazarlarında ikinci qasırğa narahatlığı - QİYMƏTLƏR YÜKSƏLİR
Neft qiymətləri, "İda" qasırğasından sonra "Nicholas" qasırğasının Texas sahillərinə doğru irəliləməsilə yüksəlir. "Nicholas"ın bu gün Texas sahillərinə çatması gözlənilir.
Marja xəbər verir ki, qasırğanın Meksika körfəzindəki istehsala mənfi təsir etməsindən sonra başqa bir qasırğanın daha bölgəyə yaxınlaşması ilə, neft ardıcıl 3 gündür bahalaşır.
Qərbi Texas nefti bazar ertəsi günü Avqust ayından bu yana ən yüksək səviyyədə bağlanıb.
Bir hava axını olaraq başlayan "Nicholas", saatda 121 kilometr sürətə çataraq və daha da güclənərək qasırğaya çevrilib.
OPEC-in Sentyabr ayı neft bazarı hesabatında, qlobal neft istehlakındakı artımla bu il və gələn il neft tələbinin artacağı nəzərdə tutulub, istehsalın tələbdən az olmasının davam edəcəyi vurğulanıb.
Hesabatda qlobal iqtisadi bərpanın ilin ilk yarısında neft tələbini əhəmiyyətli dərəcədə artırdığı, ancaq bu dinamikanın ilin sonuna doğru yavaşlayacağı, ümumi trendin isə müsbət olduğu qeyd edilib.
Qlobal investisiya bankı "Goldman Sachs", Avropada artan təbii qaz qiymətlərinin, yaxınlaşan qış mövsümü ilə əlaqədar olaraq neft bazarına da təsir edə biləcəyini düşünür.
Bakı vaxtı ilə saat 10:23-də Brent nefti 0,7% bahalaşma ilə 74,05 dollardan, Qərbi Texas nefti isə 0,8% bahalaşma ilə 70,98 dollardan ticarət olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























