Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycan və Qazaxıstanın təhsil müəssisələri arasında müqavilə imzalanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan və Qazaxıstanın təhsil müəssisələri arasında müqavilə imzalanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) ilə Qazaxıstanın Yessenov Universiteti arasında “İkili diplom tədrisi” haqqında müqavilə imzalanıb.

Marja bu barədə ASCO-ya istinadən xəbər verir.

Müqaviləyə əsasən, hər iki təhsil müəssisəsinin bakalavriat və magistratura pillələrində oxuyan tələbələr uyğun ixtisaslar üzrə təhsil almaq imkanı qazanırlar. Bu proqramdan bakalavriat və magistratura səviyyəsinin 1-ci tədris ilini uğurla bitirmiş tələbələr istifadə edə biləcəklər.

Tədrisin rus dilində aparılması nəzərdə tutulur. Razılaşmaya görə, tələbələr ali təhsil müəssisələrindən birində oxumaqla digərində də distant tədris texnologiyaları vasitəsilə dərs proqramını mənimsəməlidirlər. Dərs prosesi həm Yessenov Universitetinin, həm də ADDA-nın Bolonya bəyannaməsi ilə razılaşdırılmış tədris proqramına uyğun daxili sənədlərinə əsasən aparılacaq.

Yekun dövlət attestasiyası da (diplom müdafiəsi) Azərbaycan və Qazaxıstanın normativ sənədlərinə əsasən hər iki ali təhsil müəssisəsində aparılacaq. Tədris proqramını tam mənimsəyən və yekun dövlət attestasiya imtahanından (diplom müdafiəsi) uğurla keçən tələbəyə (magistranta) hər iki dövlətin müvafiq qurumu tərəfindən təsdiqlənmiş nümunəyə əsasən diplom veriləcək.

Yeni tədris ilində 13 qazax tələbənin ADDA-da təhsilini davam etdirməsi nəzərdə tutulub. Onlardan doqquzu gəmi sürücüsü, dördü isə gəmi mexaniki olmaq arzusundadır.

14.09.2021 10:17

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ