Ən bahalı iPhone gəlir
Apple sabah yeni iPhone modellərini təqdim edəcək. iPhone 13 mini, iPhone 13, iPhone 13 Pro və iPhone 13 Pro Max-dani barət olacaq iPhone 13 seriyası ilə 1 TB-lik yaddaş sahəsilə indiyədək ən yüksək qiymətə malik olan iPhone-un da təqdim ediləcəyi gözlənilir.Apple-ın maraqla gözlənilən sentyabr ayı təqdimatına bir neçə saat qalıb.
Marja xəbər verir ki, yeni iPhone-lar ilə əlaqədar bəzi detallar da müəyyən olmağa başlayıb. Marja xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın texnologiya nəhənginin 14 Sentyabrda keçirəcəyi təqdimatda iPhone 13 modellərinin təqdim ediləcəyi gözlənilir.
Əvvəlki illərdə çıxan iPhone modellərinə dair doğru təxminlərilə tanınan məşhur Apple analitiki Ming-Chi Kuo, iPhone 13 ilə bağlı son araşdırmasını dərc edib. Kuoya görə, Apple, sabah Bakı vaxtı ilə saatı 21:00-da başlayacaq təqdimatda, 4 yeni iPhone modeli təqdim ediləcək: iPhone 13 mini, iPhone 13, iPhone 13 Pro və iPhone 13 Pro Max.
iPHONE 13 MODELLƏRİ
Apple-ın bu 4 yeni iPhone modelinin yaddaş variantları aşağıdakı şəkildə olacaq:
iPhone 13 mini: 128 GB, 256 GB, 512 GB
iPhone 13: 128 GB, 256 GB, 512 GB
iPhone 13 Pro: 128 GB, 256 GB, 512 GB, 1 TB
iPhone 13 Pro Max: 128 GB, 256 GB, 512 GB, 1 TB
Araşdırmaya görə Apple, 1 TB ilə bu ana qədər bazara çıxardığı ən yüksək yaddaş sahəsi olan iPhone modelini də təqdim edəcək. 1 TB-lik iPhone 13 Pro Max modeli, Apple-ın indiyədək satışa təqdim etdiyi ən bahalı iPhone olacaq.
Hazırda satışda olan ən bahalı iPhone modeli olan 512 GB-lik iPhone 12 Pro Max modelinin qiymətinin 1399 dollar olduğu nəzərə alındığında, bu məhsuldan iki dəfə çox yaddaş sahəsi olan 1 TB-lik iPhone 13 Pro Max-ın ABŞ-dakı satış qiymətinin 2 min dolları aşacağı gözlənilir.
APPLE WATCH 7 VƏ AIRPODS 3
Apple analitiki Kuoya görə, Apple, iPhone 13-lər ilə bərabər yeni ağıllı saatı Apple Watch Series 7 və yeni kabelsiz qulaqlığı AirPods 3 modelini da sabah təqdim edəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
11 saat əvvəl
“PAŞA Kapital”, “PASHA Yatırım Bankası”nın 25 milyon dollarlıq istiqrazlarını yerləşdirəcək
-
13 saat əvvəl
gubre.az şəbəkəsinin yeni layihəsi fermerlərin xüsusi marağına səbəb oldu
-
13 saat əvvəl
Babək prospektində işıqforlar quraşdırılacaq, yarımdairə ləğv ediləcək
-
14 saat əvvəl
Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr: Astara terminalı istifadəyə verildi
- 14 saat əvvəl
-
16 saat əvvəl
Belarus Azərbaycana birgə əczaçılıq müəssisələri yaratmağı təklif edib
-
16 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
16 saat əvvəl
“166 Logistika” ilə Çindən 12 günə sürətli çatdırılma - Regionda bir ilk ®
-
16 saat əvvəl
"Biz bu prosesdə texnika, aqroşəhərciklər, iş yerləri ilə iştirak edə bilərik"
- 17 saat əvvəl
- 17 saat əvvəl