Alüminiumun qiyməti "uçur" - 40%-DƏN ÇOX BAHALAŞMA, 13 İLİN REKORDU
Birja (LME) məlumatlarına görə, Cümə günü alüminiumun qiyməti 1 ton üçün 2923 dollara çatıb. Qiymət sonuncu dəfə bu səviyyədə 2008-ci ilin iyul ayında olmuşdu.
İlin əvvəlindən bəri metalın qiyməti 40%-dən çox artıb. Dünyada geniş istifadə edilən məhsul olan alüminium istehsalı üçün xammal olan boksit istehsalının 20%-ni təşkil edən Qvineyada çevriliş xəbəri fonunda son bir həftədə qiymət artımı sürətlənib.
Keçən həftənin sonunda Qvineyalı üsyançıların lideri Mamadi Dumbuya milli televiziyada prezident Alfa Condenin həbsi, hökumətin buraxılması və konstitusiyanın təxirə salınması barədə məlumat verib.
Daha sonra Dumbuya xarici investorları və tərəfdaşları ölkənin yeni səlahiyyətlilərinin öhdəlikləri yerinə yetirəcəklərinə inandırıb və mədən şirkətlərini fəaliyyətlərini davam etdirməyə çağırıb.
"Alüminiumun qiymətləri, pandemiya səbəbiə böhranlardan sonra dünya iqtisadiyyatını böhrandan çıxarmağa təşviq edən müxtəlif proqramlar səbəbilə xammal qiymətlərinin ümumi artımının bir hissəsi olaraq ilin əvvəlindən artmağa başlayıb. Daha sonra Çin alüminium əridilməsinin həcmini məhdudlaşdıraraq atmosferi çirkləndirən karbon qazı emissiyanı azaltmaq üçün proqramlar həyata keçirməyə başladı və bu da qiymətlərin daha da artmasına səbəb oldu ”, - deyə "Raiffeisenbank"ın analitiki İrina Alizarovskaya bildirib.
İlin əvvəlindən bəri alüminiumun qiyməti "dünyanın mərkəzi banklarından və hər şeydən əvvəl ABŞ Federal Ehtiyat Sistemindən (Fed) görünməmiş likvidlik inyeksiyaarının səbəb olduğu ümumi yüksəliş tendensiyasına" tabe olub.
Rusiyada ixrac rüsumlarının tətbiqi də metal qiymətlərini artırıb və ton başına orta hesabla 50-70 dollar qaldırıb. Avqustun 1-dən etibarən Rusiya alüminium ixracına görə hər ton üçün 15% rüsum tətbiq edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















