TikTok 3 milyard dollardan çox kredit götürəcək
Reuters: ByteDance borcunu yenidən maliyyələşdirmək üçün 3 milyard dollardan çox kredit götürəcəkTikTok sosial şəbəkəsinin sahibi olan Çin şirkəti "ByteDance", ABŞ -ın investisiya bankları ilə borcunun yenidən maliyyələşdirilməsi üçün 3 milyard dollardan çox kredit almaq üzrə danışıqlar aparır.
Marja xəbər verir ki, bu barədə çərşənbə günü Reuters iki mənbəyə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbətlərindən birinin dediyinə görə, şirkət borcunu ödəmək üçün indiki aşağı faiz dərəcələrindən istifadə etməyi planlaşdırır, lakin kreditin həcmi və təmin edilmə şərtləri ilə bağlı son qərar hələ verilməyib.
"ByteDance" məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Digər bir məlumata görə, "ByteDance" banklar ilə 4 - 5 milyard dollar civarında bir krediti müzakirə edir. Bu vəsaitdən yalnız borcları yenidən maliyyələşdirmək üçün deyil, həm də xarici genişlənməni maliyyələşdirmək üçün istifadə etməyi planlaşdırır.
"ByteDance", 2012 -ci ildə qurulan və qərargahı Pekində yerləşən bir texnologiya startapıdır. Keçən il şirkət gəlirini ikiqat artıraraq 34 milyard dollara çatdırıb. Şirkətin dəyəri 200 ilə 400 milyard dollar arasında dəyişir. Şirkətin xidmətlərindən və tətbiqlərindən istifadə edən aktiv istifadəçilərin sayı ayda 1,9 milyard nəfərə çatır, onlardan təxminən 1 milyardı "TikTok" istifadəçiləridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib


















