PayPal Yaponiyada milyardlarla dollara şirkət alır
Məqsəd bazardakı lider mövqeyini saxlamaq və genişlənməkdir.Amerikan onlayn ödəniş, pul köçürmə və alternativ kredit şirkəti, gəlirinə görə 150 ən iri ABŞ şirkəti sırasına girən PayPal Asiya bazarında fəaliyyətini genişləndirir.
Marja xəbər verir ki, şirkət Yaponiyanın “indi al, sonra ödə” prinsipi ilə işləyən ödəniş platforması Paidy-ni satın alacağını açıqlayıb.
Bu ilin son rübündə rəsmiləşəcək sövdələşmənin dəyəri 2,7 milyard dollardır. Alqı-satqı baş tutduqdan sonra Paidy dünyanın üçüncü ən böyük elektron ticarət bazarı olan Yaponiyada öz adı və brendi ilə fəaliyyətini davam etdirəcək.
Xüsusilə pandemiya dövründə sürətlə genişlənən və “indi al, sonra ödə” prinsipinə əsaslanan alternativ kredit bazarında hazırda ciddi rəqabət gedir.
PayPal-ın əsas rəqiblərindən biri olan digər bir amerikan şirkəti, Twitter-in baş direktoru Cek Dorseyin qurduğu Square də avqustun əvvəlində Avstraliyanın fintech şirkəti Afterpay-i 29 milyard dollara alacağını açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















