FAO-dan buğda qiymətlərinin artması ilə bağlı açıqlama
"Qlobal buğda qiymətləri məhsul keyfiyyətinin pisləşməsi səbəbindən artıb"Bu ilin avqust ayında BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) taxıl qiymətləri indeksi 3,4% artaraq 129,8 bənd təşkil edib ki, bu da ötən ilin avqust ayı ilə müqayisədə 31,8% çoxdur.
Bu barədə FAO-nun aylıq hesabatında deyilir.
"Bir neçə iri ixracatçı ölkədə məhsul növlərinin pisləşməsi nəticəsində dünyada buğda qiymətləri əvvəlki ayla müqayisədə 11,1 bənd (8,8%) artaraq keçən ilin müvafiq dövrünün səviyyəsini 41,5 bənd (43,5%) üstələyib", - FAO-nun məlumatında qeyd olunub.
Mütəxəssislərin fikrincə, avqust ayında digər taxıl məhsullarının qiymətlərində çoxistiqamətli tendensiyalar olub. Qeyd olunur ki, ilk növbədə, Kanada və ABŞ-da arpa istehsalı proqnozlarının azalması, həmçinin buğda qiymətlərinin artması, beynəlxalq arpa kotirovkalarının iyul göstəricisi ilə müqayisədə 10,9 bənd (9%) artmasına səbəb olub. Nəticədə, keçən ilin eyni dövründəki göstərici ilə müqayisədə arpanın qiymət indeksi 35,6% artıb.
FAO-nun hesabatında qeyd olunub ki, avqust ayında sorqonun (qırtıckimilər ailəsindən olan birillik və çoxillik cinsləri olan ot bitkisi – red.) da beynəlxalq kotirovkalarında dəyişikliklər olub. Belə ki, sözügedən bitkinin qiymət indeksi avqustda 2,5% azalıb, lakin ötən ilin eyni ayı ilə müqayisədə isə 43,3% artıb.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 15 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























