Maliyyə bazarlarında son vəziyyət
EUR
Avrozonada pərakəndə satış, xidmət və sənaye sektorlarına dair fundamental göstəricilərin son zamanlar zəif açıqlanmasından sonra cümə axşamı yayımlanacaq yeni faiz qərarı və saat 16:30-da baş tutacaq “ECB”-nin mətbuat konfransı öncəsi EURUSD məzənnəsində korreksiya başlayıb. Geriləmə 1.1760-a kimi dərinləşə bilər.
Bununla yanaşı, bu həftə çərşənbə axşamı Bakı vaxtı ilə saat 13:00-da Avrozona və Almaniyadan gələcək inkişaf perspektivlərini ölçən indeksinin dərci də investorların diqqət mərkəzində olacaqdır.
GBP
GBP/USD məzənnəsində də eyni mənzərə müşahidə edilir və ucuzlaşma 1.3712 səviyyəsinə kimi davam edə bilər.
Burada isə ticarətçilər daha çox cümə günü Bakı vaxtı ilə saat 10:00-da İngiltərənin sənaye, xarici ticarət dövriyyəsi və iqtisadi inkişafı ilə bağlı açıqlanacaq önəmli fundamental göstəricilərinə kökləniblər.
TRY
Türkiyə iqtisadiyyatının ikinci rüb üzrə inkişafının 22%-ə çatması xəbərləri ilə lirə bahalaşsa da son inflyasiya rəqəmlərindən sonra dollar lirəyə qarşı güc toplayıb. Təhlillərə əsasən, USDTRY məzənnəsi keçən həftənin ortalarına - 8.36TL-yə kimi bahalaşa bilər. Lakin ümumi proqnozlar lirənin bahalaşmaqda davam edə biləcəyi istiqamətindədir.
Cümə günü saat 11:00-da Türkiyədə dərc ediləcək işsizlik rəqəmləri də böyük maraqla gözlənilməkdədir.
OIL
Enerji birjalarında demək olar ki, son altı ilin maksimumlarında ticarət edilən Brent neftinin bir barel qiyməti 74$-da yenidən müqavimətlə rastlaşaraq 72$-a kimi geriləyib və ucuzlaşma 68$-a kimi davam edə bilər.
Cümə axşamı saat 19:00-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD
ABŞ-ın monetar siyasətini sərtləşdirəcəyi xəbərləri, qızılın 2 ayın maksimumunda yenidən müqavimətlə rastlaşmasına səbəb olub. Bu, bir unsiya üzrə qiymətin 1814$-ın (58.3 $/qram) qırılması ilə 1778$-a (57.2 $/qram) kimi ucuzlaşması ilə nəticələnə bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 38 d. əvvəl
-
-
14 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
14 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
14 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
16 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
BYD-nin satışları 9 aydan sonra ilk dəfə artıb
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti




















.jpg)






