Türkiyədə inflyasiya Mərkəzi Bankın faizini aşdı
Türkiyə Statistika Komitəsi (TÜİK) Avqust ayına dair inflyasiya məlumatlarını açıqlayıb.
Marja xəbər verir ki, avqust ayında inflyasiya Mərkəzi Bankın 19% olan pul siyasət faizini keçib. Avqustda Türkiyədə istehlakçı qiymətləri indeksi (inflyasiya göstəricisi) ötən ilin eyni dövrü ilə müqayisədə 19,25% artıb.
Aylıq müqayisədə baxıldığında, İyul ayı ilə müqayisədə Avqust ayında istehlakçı qiymətlərində artım 1,12% təşkil edib.
İqtisadçıların proqnozu qiymətlərdə aylıq artımın 0,7%, illik artımın isə 18,7% olacağı istiqamətində idi.
İyulda 17,22% olan illik baza inflyasiya 16,76%-ə geriləyib.
QİDA İNFLYASİYASI 28 AYIN ƏN YÜKSƏK SƏVİYYƏSİNDƏ
İstehlakçı qiymətlərində qida inflyasiyasındakı sürətli yüksəliş diqqət çəkir. Avqustda qida qiymətləri ötən ilin eyni ayı ilə müqayisədə 29% artıb. Beləliklə, illik qida inflyasiyasında 2019-cu ilin Aprel ayından bu yana ən yüksək artım baş verib. Qiymətlər ev əşyaları qrupunda 22,91% və nəqliyyatda 21,76% artıb.
Türkiyədə inflyasiyanın 19%-i aşması ilə, Mərkəzi Bankın faizi ilə inflyasiya fərqi mənfi zonaya keçib.
Məlumatdan sonra Dollar/Türk Lirəsi məzənnəsi 0,5% artaraq 8,31 səviyyələrinə yüksəlib (Bakı vaxtı ilə saat 11:20-yə olan məlumat).
Bundan sonra Türkiyə Mərkəzi Bankının (TCMB) faiz məsələsində nə edəcəyi daha önəmli olur. İnflyasiya artdığından Mərkəzi Bank faiz artırmaq təzyiqi ilə qarşı-qarşıyadır. Lakin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan faizin artırılmasına qarşı çıxır. Ərdoğanana görə, yüksək inflyasiyanın səbəbi Mərkəzi Bankın yüksək faizdir, əgər faiz endirimi edilsə inflyasiya da aşağı düşəcəkdir. Bazar isə ənənəvi yola inanır: Mərkəzi Bankın faiz artırması inflyasiyanın düşməsinə səbəb olur.
Əgər Mərkəzi Bank Ərdoğanın nəzəriyyəsinə üstünlük verib faiz endirimi edərsə bunun Türkiyə aktivlərinə və Türk Lirəsinə mənfi təsirləri olacağı bildirlir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
53 d. əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A” şirkəti yeni yapışdırıcı təqdim edir
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Qızıl 1-ci, pambıq lifi 2-ci, mis filizləri 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
Ən çox oxunanlar
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN

















.jpg)




