Son 10 ildə neft-qaz layihələrinə 130 milyard dollara yaxın investisiya yatırıb
Bu göstərici ilə dünyada 2-cidir...Asiyanın ən iri iqtisadiyyatlarından olan Cənubi Koreyanın dövlət maliyyə institutları son 10 ildə qlobal ənənəvi yanacaq, xüsusən neft-qaz layihələrinə 127 milyard dollardan artıq investisiya yatırıb.
Marja Financial Times-a istinadla xəbər verir ki, bu barədə “Solutions for our Climate” adlı QHT-nin hesabatında qeyd olunur.
Koreya İnkişaf Bankı, İxrac-İdxal Bankı (KEXIM) və Koreya Ticarət Sığortası Korporasiyası neft-qaz layihələrinin ən iri sponsorları arasındadır. Son 10 ilin nəticəsinə görə, Cənubi Koreya Çindən sonra bu tipli layihələrə investisiya edən 2-ci böyük ölkədir.
Maliyyə vəsaitlərinin 60 milyard dollara yaxını xaricdəki enerji stansiyalarına və neft-qaz layihələri üçün gəmiqayırmaya sərf olunub. Ən iri layihələrdən biri Avstraliyadakı 5,6 milyard dollarlıq maye qaz emalı layihəsidir. Cənubi Koreyanın SK E&S şirkəti burda 40%-ə yaxın paya malikdir.
Müqayisə üçün bildirək ki, son 10 ildə ən çirkli enerji növlərindən biri olan kömür sənayesinə Cənubi Koreya 10 milyard dollar investisiya yatırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















