Azərbaycanın da üzv olduğu bank 2030-cu ilə qədər kredit portfelini 4 milyard avroya çatdırmağı planlaşdırır
Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) 2021-2030-cu illər üçün bankın uzunmüddətli inkişaf strategiyasını təsdiqləyib. Bank 2030-cu ilə qədər ümumi kredit portfelini 4 milyard avroya çatdırmağı nəzərdə tutur.
Marja xəbər verir ki, bunu jurnalistlərə bankının rəhbəri Dmitri Pankin bildirib.
"İyun ayında 10 illik bir strategiya qəbul etdik və bunun üçün dörd illik orta müddətli strategiyalar qəbul ediləcək. Strategiyaya görə, 2030 -cu ilə qədər ümumi kredit portfeli 4 milyard avroya çatacaq. Çox sürətli böyüyə bilməyəcəyik", - Pankin deyib.
Bankirin sözlərinə görə, QDTİB-in kredit portfeli 2019-cu ildə təxminən 30% (1.85 milyard avroya qədər), 2020 -ci ildə 12% (2.06 milyard avroya qədər) artıb. Halbuki, portfeli hər il 5-7% səviyyəsində artırmaq planlaşdırılırdı.
"Düşünürəm ki, bu il hər şey yaxşı olarsa, 20%-ə yaxın bir portfel artımımız olacaq, çünki kapital bizə imkan verir. Ancaq gələn ilin ortalarına qədər, portfelimizi artıq artıra bilməyəcəyimiz yerə gələcəyik, kapital limitimiz olacaq. Bir yerdə təxminən 1.85 milyard avro kapital və 2.6 milyard avro kredit portfelinə sahib ola bilərik", -Pankin bildirib.
Həmçinin, təsdiq edilmiş strategiyaya əsasən, QDTİB yeni səhmdarlara - suveren dövlətlərə və inkişaf institutlarına açıq qalmaq niyyətindədir.
Qara Dəniz Ticarət və İnkişaf Bankı 1997 -ci ildə Qara dəniz bölgəsi ölkələrinin iqtisadi inkişafını və əməkdaşlığını təmin etmək məqsədi ilə qurulmuşdur. Bankın üzvləri Azərbaycan da daxil olmaqla 11 ölkədən ibarətdir. Təşkilatın qərargahı Selanikdə (Yunanıstan) yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















